SON XƏBƏRLƏR

ABBAS LİSANİDƏN MAĞAZASININ ADINI DƏYİŞDİRMƏYİ TƏLƏB EDİRLƏR

2021.10.20, 07:36
ABBAS LİSANİDƏN MAĞAZASININ ADINI DƏYİŞDİRMƏYİ TƏLƏB EDİRLƏR

Gunaz.tv
ABBAS LİSANİDƏN MAĞAZASININ ADINI DƏYİŞDİRMƏYİ TƏLƏB EDİRLƏR Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndəsi Abbas Lisaniyə qarşı yeni təzyiqlər başlanıb. “Media forum” saytı bildirir ki, yeni təzyiq və təhdidlər A.Lisaninin öz mağazasına qoyduğu türk adı ilə bağlıdır. A.Lisaninin Ərdəbildəki mağazasının adı “Çənlibel”dir. Ərdəbil Ostandarlığı Təminat Şurası A.Lisanidən mağazasına fars adı qoymağı tələb edir. Şura bundan əvvəl mağazanın adının dəyişdirliməsi üçün A.Lisaniyə Novruz bayramına qədər vaxt vermişdi. Sonradan bu müddət aprelin 8-ə qədər uzadılıb. Məlumatda o da vurğulanır ki, şuranın bir neçə əməkdaşı A.Lisani ilə əlaqə saxlayaraq ona şuranın ofisinə gəlməyi və “Çənlibel” adının yerinə təklif ediləcək alternativ adlarla tanış olmağı məsləhət görüblər. A.Lisani mağazasının adını dəyişdirməyəcəyini bildirib. Milli zəmində apardığı dinc mübarizəyə görə A.Lisani 2006-cı ildə həbs edilib. 30 ay həbsə məhkum edilən ərdəbilli fəal əvvəlcə Əhər zindanında saxlanılıb, 2007-ci il martın 4-də Yəzd şəhərinin həbsxanasına köçürülüb. Daha sonra Ərdəbil həbsxanasına aparılan A.Lisani 2008-ci il oktyabrın 29-da azadlığa çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar