SON XƏBƏRLƏR

M. Brayza: «Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır»

2021.10.20, 07:36
M. Brayza: «Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır»

Gunaz.tv
M. Brayza: «Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır» Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıya gəlib. Diplomatın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi və prezident İlham Əliyevin qəbulunda olacağı gözlənilir. Keçən həftə Bakıda keçirilən görüşlərin məhsuldar olduğunu deyən metyu brayza müəyyən nəticələrin əldə olunduğunu da bildirib. O, rusiyalı həmkarı Yuri Merzlyakovun «Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün referendum keçirilməlidir». Bəyanatına isə belə münasibət açıqlayıb. Amerikalı həmsədr Türkiyə Ermənistan sərhəddinin açılması məsələsinə də öz münasibətini bildirib. Onun sözlərinə görə, sərhəddin açılması hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə amerikalı həmsədr konkret vaxt söyləməsədə görüşün yaxın aylar ərzində keçriləcəyini bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar