SON XƏBƏRLƏR

ŞİMALİ KOREYA BU GÜN ORBİTƏ PEYKİNİ GÖNDƏRMƏYƏ HAZIRLAŞIR

2021.10.20, 07:36
ŞİMALİ KOREYA BU GÜN ORBİTƏ PEYKİNİ GÖNDƏRMƏYƏ HAZIRLAŞIR

Gunaz.tv
ŞİMALİ KOREYA BU GÜN ORBİTƏ PEYKİNİ GÖNDƏRMƏYƏ HAZIRLAŞIR Onun bu addımına Çin və Rusiyadan dəstək gəlib Aprelin 8-dək davam edəcək prosesin ABŞ və Cənubi Koreya isə əslində Tepxodon tipli ballistik raket sınağı olduğunu vurğulayır.Bununla bağlı artıq rəsmi Seul və Vaşinqton BMT Təhlükəsizlik Şurasına müraciət edib. Şimali Koreyanın müttəfiqi olan Çin və Rusiya isə istənilən sənədə veto qoyacaqlarını vurğulayırlar. /İctimai TV/ ------------------------------------------------------------ OBAMA YAYDA RUSİYAYA SƏFƏR EDƏCƏK “Moskvaya iyulda səfər, yanvar ayında səfərdən daha yaxşıdır” ABŞ prezidenti Barak Obama iyul ayında Rusyaya səfər etmək niyyətindədir. “RİA Novosti” məlumatına görə, bu barədə ABŞ prezidenti özü bildirib. Obama Rusiya prezidenti Dmitri Medvedevlə görüşünün nəticələrinə həsr olunan mətbuat konfransı zamanı həmkarının onu dəvət etdiyini vurğulayıb: “Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yayda Moskvaya dəvət edilmişəm. Biz orada münasibətlərimizin inkişaf etdirilməsi və genişləndirilməsi ilə bağlı danışıqları davam etdirəcəyik... Moskvaya iyulda səfər, yanvar ayında səfərdən daha yaxşıdır”. Öz növbəsində Dmitri Medvedev Obamanı iyulda Moskvada görməkdən məmnun olacağını vurğulayıb: “Mən prezidenti görməkdən şad olardım və iyulda onu Rusiyada gözləyirəm. Bu, ən isti aydır və ümid edirəm ki, bizim münasibətlərimizin ruhunu əks etdirəcək. Biz konkret məsələlər barədə razılıq əldə etmişik və onları həmin müddətə kimi hazırlamaq olar”. Prezidentlər strateji hücum silahları (SHS) barədə yeni sənəd imzalamaqla bağlı razılaşma əldə ediblər. Həmin sənədə uyğun olaraq nüvə başlıqları bundan sonra da azaldılacaq. Prezidentlər İranın nüvə probleminin bundan sonra da diplomatik yolla həlli ilə bağlı ümumi razılığa gəliblər. Bununla yanaşı, prezidentlər bəzi məsələlər ətrafında ümumi fikrə gələ bilməyiblər. Məsələn, onlar ABŞ-ın Avropada HHM sistemi yerləşdirilmək niyyətinə müxtəlif formada yanaşırlar. Obama və Medvedev ötən ilin avqustunda Cənubi Osetiyadakı müharibəni də fərqli dəyərləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar