SON XƏBƏRLƏR

Böyük 20-lər sammitinin dünyaya təsiri

2021.10.20, 07:36
Böyük 20-lər sammitinin dünyaya təsiri

Gunaz.tv
Böyük 20-lər sammitinin dünyaya təsiri Əlbəttə, Böyük 20-lərin sammiti iqtisadiyyat və maliyyə məsələlərinə həsr edilib. Amma təkcə bunlara yox. Böhran xarici siyasəti şərtləndirməkdədir. Bir çox ekspertin fikrincə, hazırkı maliyyə böhranı, dünya siyasətinə hətta 11 sentyabr 2001-ci il hücumları qədər və bəlkə də ondan da artıq təsir edə bilər. İqtisadi böhran ölkələrin xaricdəki hadisələrə təsir etmək imkanlarını dəyişdirməyə qadirdir. ABŞ-ın mövqeyi və reputasiyası bundan ziyan görüb. Maliyyə çətinlikləri Vaşinqtonun müdafiə və xarici yardım büdcəsinə təsir edib. İqtisadi böhran siyasi qeyri-sabitliyə aparır. Əfqanıstan kimi iflasa uğramış və ya Pakistan kimi ağır vəziyyətdə olan ölkələrdə vəziyyəti daha da çətinləşdirir. Amma elə daha inkişaf etmiş cəmiyyətlər də qeyri-sabitlikdən yaxa qurtara bilmirlər. İslandiya və Macarıstanı götürək. Bu ölkələrin hökumətləri istefaya getməli olublar. Ukraynada siyasi qeyri-müəyyənlik mühiti yaranıb. Rusiya, Venesuela və İran kimi yeni və ya öz mövqelərini bərpa edən oyunçular yanacaq qiymətlərinin azalmasından ciddi ziyan çəkirlər. İqtisadi böhran, beynəlxalq sistemi təşkil edən təşkilatlar və onların bir-birlə bağlayan tellərin nə qədər zəif olduğunu üzə çıxarıb. Buna görə də, işinə başlayan Böyük 20-lərin zirvəgörüşünün məramı, qlobal iqtisadi idarəçilik şəbəkəsinin maliyyə elementlərinə mühüm dəyişikliklər üçün bazis yaratmaqdır. Hakimiyyət burada əslində ən mərkəzi aspektdir, çünki tənəzzül dalğası irəlilədikcə, bəzi ölkələr bunun öhdəsindən başqalarından daha yaxşı gəlirlər. Bu həmin dövlətlərin nüfuzunun artması ilə nəticələnir. Vaxt ötdükcə, bunun daha əsaslı təsiri ola bilər. Böhrandan çıxan dünya, böhrandan əvvəlki dünyadan çox fərqli ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar