SON XƏBƏRLƏR

2021.10.20, 07:36

Gunaz.tv
Abbas Leysanli-yə qarşı təziyqlər davam edir GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Ərdəbil şəhər şurasi cənab Leysanlı-yə iş yerinin Türkcə adını dəiyşdirmək üçün verdigi müddəti uzatmışdır. bayram ayının 8-də sivil geiymli şəxslər cənab Leysanlının iş yerinə gedib və ona ayın 19-na qədər iş yerinin adını, ki “Çənlibel”dir dəiyşsin. Cənab Leysanlıya hətta önəriblər ki yeni ad seçmək üçün ona yardımcı ola biləcəklər. Koroğlunun qalası adını öz iş yerinə seçən Güney Azərbaycan milli hərəkat fəalı Abbas Leysanlı Fars şovonistləri tərəfindən dəfələrlə həbs edilərək ağır işkəncə və təziqlərə məruz qoyulub. Ona və aiyləsinə ağır iqtisadi və mənəvi təziqlər hələdə dəvam etməkdədir. Faşist Fars molla hakimiyəti,soydaşımızın iş yerində də ona qarşı manelər törədirlər. Son zamanlarda Azərbaycan şəhərlərində Türk adlarına qoyulan yasaqlar genişlənib və bir çoxlu iş sahibi hakimiyətin basqısı nəticəsində Türk adlarını silib və Fars adı seçiblər. Hətta bir neçə iş adamı etiraz üçün iş yerlərini təmami ilə bağlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar