SON XƏBƏRLƏR

Daha 2 ölkə NATO-ya üzv olub

2021.10.20, 07:36
Daha 2 ölkə NATO-ya üzv olub

Gunaz.tv
Daha 2 ölkə NATO-ya üzv olub Albaniya və Xorvatiya rəsmən Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olublar. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu münasibətlə ABŞ-da rəsmi tədbir keçirilib. Tədbirdə ABŞ dövlət katibinin müavini Ceyms Steynberq və Albaniya ilə Xorvatiyanın bu ölkədəki səfirləri iştirak ediblər. Qeyd edək ki, hər iki ölkə 2008-ci ilin aprelində keçirilən NATO sammitində alyansa üzvlük üçün rəsmi dəvət alıb. Həmin ilin iyulunda üzvlüklə bağlı protokol imzalanıb. Ötən ilin dekabrında NATO ölkələri xarici işlər nazirləri Albaniya və Xorvatiyanın 2009-cu ilin aprelinə qədər rəsmən NATO-ya qəbuluna dair Kommünike imzalayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar