SON XƏBƏRLƏR

UNPO ilə Federal İran numayəndələri görüşəcəklər

2021.10.20, 07:36
UNPO ilə Federal İran numayəndələri görüşəcəklər

Gunaz.tv
UNPO ilə Federal İran numayəndələri görüşəcəklər BMT-də numayəndəsi olmayan millətlər (The Unrepresented Nations and Peoples Organization, UNPO) ilə Federal İran millətləri qurumu Brossel-də görüş keçirəcəklər. UNPO-ya istinadən DAK mətbuata daxil olan xəbərə görə, bu görüşün əsas məqsədi İran adlanan ölkədə insan haqlarını, azınlıqlar və dini ayrı seçkilikləri incələmək və tanıtmaq olacaqdır. Toplantıya qatılacaq olan millətlərin numayəndələri Güney Azərbaycan, Güney Türkmənistan, Ərəb, Bəluç və Kürdlərdən ibarət dir. Aprel ayının 1-2 günlərində Brosseldə Avrupa Parlamentinin P4B001 otağında və saat 09:15 (gündüz) başlanacaqdır. İkinci gün və toplantının bitişi saat 09:00 (gündüz) Best Western County House Hotel-də keçiriləcəkdir. Azərbaycanlıları təmsil edəcək olanlar xanım Faxtə Zəmani, Dr. Ziya Sədrüləşrafi, cənab Hidayət Sultanzadə və Ayətullah Şəriyətmədarinin oğlu məhəndis Həsən Şəriyətmədari olacaqlar. Xatırladaq ki Güney Azərbaycanı ilk dəfə GAMOH UNPO-da rəsmən qeydiyatdan keçiribdir. Zamanında ağır rekasiyalar və etirazlarla qarşılaşan GAMOH, Azərbaycanı iki ayrı-ayrı (Quzeyli və Güneyli)olaraq tanıtmaqda günahlandırılmışdır. Sözü gedən toplantıya başçılıq edənlər xanım Zəmani və Avrupa Parlamentinin iki numayəndəsi olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar