SON XƏBƏRLƏR

ATƏT təmsilçisindən təhdid

2021.10.20, 07:36
ATƏT təmsilçisindən təhdid

Gunaz.tv
ATƏT təmsilçisindən təhdid Sergey Kapinos: "Azərbaycanın xarici sərmayələrdən asılılığı Qarabağ münaqişəsində müsbət rol oynayacaq" ATƏT-in İrəvan ofisinin rəhbəri Sergey Kapinos Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin Cənubi Qafqazda hərbi qüvvələr balansı mövzusunda hesabatının müzakirəsi zamanı bəyan edib ki, Azərbaycanın xarıci sərmayələrdən asılılığı Qarabağ münaqişəsində müsbət rol oynaya bilər. Onun sözlərinə görə, xarici sərmayədarlar Azərbaycanın enerji resurslarının istismarına və nəqlinə böyük vəsaitlər yatırıblar və bu səbəbdən onlar heç zaman münaqişənin alovlanmasına imkan verməyəcəklər: "Çünki bu zaman Avropaya neft nəqlinə təhlükə yarada bilər. İstənilən avantürist addımlar bu qərarları qəbul edənlər üçün ən ciddi problemlər yaradacaq". Kapinos həmçinin vurğulayıb ki, beynəlxalq maliyyə böhranı nəticəsində sosial gərginliyin artacağı təqdirdə bəzi liderlər diqqəti xarici düşmənlərə yönəltməyə cəhd göstərirlər. Xatırladaq ki, bu xəbəri Rusiyanın RİA Novosti Agentliyinin törəmə qurumu olan "Newsarmenia" agentliyi yayıb. ATƏT təmsilçilərinin oxşar açıqlamalarına bundan öncə də rast gəlinib. Bu baxımdan Sergey Kapinosun təhdid elementlərilə müşaiyət olunan bəyanatı da bundan öncəkilərin davamıdır. Heç şübhəsiz ki, digər ATƏT təmsilçiləri İrəvan ofisinin fikirlərinin təhrif olunduğunu söyləyəcəklər. Amma nədənsə bu "təhrif" oyunu hər zaman ATƏT təmsilçilərinin başına gəlir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar