SON XƏBƏRLƏR

ERMƏNİLƏRƏ 1 APREL "ZARAFAT"I

2021.10.20, 07:36
ERMƏNİLƏRƏ 1 APREL "ZARAFAT"I

Gunaz.tv
ERMƏNİLƏRƏ 1 APREL "ZARAFAT"I Qazın və işığın tarifləri artırılıb Aprelin 1-də Ermənistan hakimiyyəti öz xalqı ilə pis “zarafat edib” – qaz və elekrik enerjisinin qimətləri artırılıb. Bu barədə panorama.am agentliyiı xəbər verib. Agentliyin məlumatına görə, elektrik istehlakçıları indən belə 1kilovatt-saat enerjiyə görə 30 dram ödəyəcəklər. (Əvvəllər 25 dram idi). Qazın kubmetri isə 14 faiz bahalaşıb – 84 min drama çatıb. “Arminfo”nun xəbərinə görə, aprelin 1-dən etibarən respublika Rusiyadan kubmetrini 110 dollardan aldığı qaza 154 dollar ödəyəcək. Qeyd edək ki, martın əvvəllərində Ermənistanda dramın dəyərini itirməsi prosesilə yanaşı ərzaq və yanacağın qiyməti də artıb. Əhalinin güzəranı pisləşib. musavat,com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar