SON XƏBƏRLƏR

Azərbaycan Avropanı fəth etdi!

2021.10.20, 07:36
Azərbaycan Avropanı fəth etdi!

Gunaz.tv
Azərbaycan Avropanı fəth etdi! Sərbəst güləşçilərimiz qitə çempionatında 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazandılar Litvanın paytaxtı Vilnüsdə keçirilən Aıvropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Lenr.az-ın məlumatına görə, Azərbaycan güləşçiləri bu gün daha 3 qızıl medal qazanıblar. 60 kq çəkidəki təmsilçimiz Zəlimxan Hüseynov əvvəlcə Alexandros Pilavidis (Yunanıstan), sonra isə George Bukur (Rumıniya) üzərində qələbə qazanaraq, ½ finala çıxıb. Həlledici mərhələnin iştirakçısı olmaq üçün Hüseynov Malxaz Kurdianini (Gürcüstan) də yenməli idi. Həmyerlimiz buna nail olaraq, finala çıxıb. O, finalda Adam Batırovla (Rusiya) qarşılaşıb və qələbə qazanıb. Çamsulvara Çamsulvarayev (74 kq) 1/8 finalda Luka Lampisi (Fransa) yendikdən sonra ¼ finala yüksəlib. Onun növbəti rəqibi Andrey Şiyka (Almaniya) olub. Çamsulvarayev rəqibini yenərək, yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda görüşdə Kiril Terziyevlə (Bolqarıstan) üz-üzə gəlib. Pəhləvanımız görüşü qələbə ilə başa vurub. Nəticədə Çamsulvarayev də finala çıxıb. Finalda Türkiyə təmsilçisi Fırat Binici ilə görüşən güləşçimiz inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xetaq Qazyumov (96 kq) isə ardıcıl olaraq Daniel Ligeti (Macarıstan) və Sərhat Balçını (Türkiyə) üstələyib. Güləşçimiz yarımfinalda Nikolay Çebanla (Moldova) üz-üzə gəlib. Rəqibi üzərində inamlı qələbə qazanan Qazyumov finalda Georgi Ketoyevlə (Rusiya) qarşılaşıb. Rəqibini yenən güləşçimiz qızıl medala sahib olub. Beləliklə, bu gün Vilnüsdə ancaq Azərbaycan himni səslənib. Sərbəst güləş üzrə millimiz isə 2 yarış gününün nəticəsinə əsasən 6 medal qazanaraq ümumi komanda hesabında 1-ci yerə çıxıb. Bu medallardan 4-ü qızıl, 1-i gümüş və 1-i isə bürünc medaldır. Qeyd edək ki, mili komandamız tarixində ilk dəfə 4 qızıl medal qazanıb. Xatırladaq ki, Avropa çempionatının ilk günündə sərbəst güləşçilərimizdən Əli İsayev (120 kq) qızıl, Cəbrayıl Həsənov (66 kq) gümüş, Novruz Temrezov (84 kq) isə bürünc medal qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar