SON XƏBƏRLƏR

01/04/09 ABŞ və Rusiya İrana qarşı birgə mübarizə aparacaqlar

2021.10.20, 07:36
01/04/09 ABŞ və Rusiya İrana qarşı birgə mübarizə aparacaqlar

Gunaz.tv
01/04/09 ABŞ və Rusiya İrana qarşı birgə mübarizə aparacaqlar Bu gün Londonda ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedyev arasında görüş olub. RİA-nın məlumatına görə, ABŞ və Rusiya dövlət başçıları Qafqazlar da daxil olmaqla bir sıra regional və beynəlxalq xarakterli məsələlər barədə geniş müzakirələr aparıblar. İlkin təəsüratlar belədir ki, Obama və Medvedyev Qafqaz mövzusunda fərqli düşünürlər. Tərəflər 2008-ci il avqust hadisələrinin təhlilində və qiymtləndirliməsində xeyli uzaq və fərqli mövqedə olduqlarını nümayiş etdiriblər. İki dövlət başçısının qəbul etdyi birgə bəyanatda tərəflər Cenevrə diskussiyaları çərçivəsində əməkdaşlığın davam etdirilməsi və əldə olunmuş 6 bənddən ibarət razılaşmanın yerinə yetirilməsi zəruriliyi üzərində dayanıblar. “Baxmayaraq ki, bizim aramızda avqust ayında baş vermiş hərbi əməliyyatlar barədə razılıq yoxdur, biz razılaşmışıq ki, qeyri stabil vəziyyətin uzunmüddətli nizamlanması üçün səylərimizi davam etdirək”- prezidentlərin qəbul etdyi birgə bəynatda qeyd olunur. Prezidentlər Raket Hücumundan Müdafiə Sistemlərinin Şərqi Avropada yerləşdirilməsi məsələsində də Moskva və Vaşinqton arasında fikir ayrılıqlarının olmasını qeyd ediblər. Dövlət başçıları bu sahədə yeni imkanların araşdrılması üçün səylərini davam etdirəcəklərini bildiriblər. Prezidentlər İranın nüvə proqramı probleminin həlli sahəsində əməkdaşlıq edəcəklərini vəd ediblər. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar