SON XƏBƏRLƏR

Nardarandan külli miqdarda silah-sursat tapılıb

2021.10.20, 07:36
Nardarandan külli miqdarda silah-sursat tapılıb

Gunaz.tv
Nardarandan külli miqdarda silah-sursat tapılıb Nardaran kəndi və Ağcabədi rayonu ərazisindən silah-sursat aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Siyəzən RPŞ əməkdaşları tərəfindən rayonun Nardaran kəndi ərazisindən 1 ədəd “AKM” silahı, 2 ədəd “TOZ-8”, 3 ədəd nömrəsiz “Karabin”, 2 ədəd ov tüfəngi, 1 ədəd nömrəsiz tapança, 2 ədəd qumbara, 2 ədəd tüstüverici şaşka, 9 ədəd “Çeryomuxa” və 727 ədəd müxtəlif çaplı güllə tapılıb. Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd “AKS” silahı, 1 ədəd süngü-bıçaq, 1 ədəd qumbara, 148 ədəd avtomat gülləsi və 2 ədəd güllə darağı aşkarlanaraq, götürülüb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar