SON XƏBƏRLƏR

Milli fəallar milli hərəkata nüfuz etməyə çalışan bir neçə Ettelaat məmurlarını ifşa ediblər

2021.10.20, 07:36
Milli fəallar milli hərəkata nüfuz etməyə çalışan bir neçə Ettelaat məmurlarını ifşa ediblər

Gunaz.tv
Milli fəallar milli hərəkata nüfuz etməyə çalışan bir neçə Ettelaat məmurlarını ifşa ediblər Güney Azərbaycan milli hərəkatına qarşı aktiv fəaliyyətdə olan rejimin Sipare-pasdarana bağlı 2 məmuru - Haşım Əbdüllahzadə və kürd əsilli Mustafa Əbdəli milli fəalların toplaşdığı mərasimlərdə çəkilişlər aparmış, məlumatlar toplamış və hətta milli fəallara nüfuz edərək onlarla əlaqə qurmağa çalışmışlar. Ancaq, milli fəalların apardığıqları araşdırma nəticəsində bu şəxslərin rejim məmurları olduqları müəyyənləşmişdir. Bundan başqa Rza Vahidi və Molud Azərxeş adlı iki Ettelaat məmurunun da millətçilər arasında nüfuz qazanmaq, məlumatlar toplamaq , milli fəallar əleyhinə saxta sənədlər hazırlamaq , həmçinin onlar arasında ixtilaf salmaq cəhdləri baş tutmamış və milli fəallar tərəfindən aşkarlanmışlar. Məlumatda o da bildirilir ki, prokurorluqda çalışan Rəhim Fərmani adlı məmur sorğu və həbsdə olan milli fəalların işgəncə olunmasında xüsusi rolu olan şəxslərdən biridir. Əldə etdiyimiz məlumatlara görə, Güney Azərbaycan milli hərəkat fəalları Ettelaat və Sipahe-pastarana bağlı şəxslərin hərəkat içində fəaliyyətlərinin ifşası istiqamətində daha sistemli fəaliyyətə keçiblər. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar