SON XƏBƏRLƏR

VİLNÜSDƏ ZƏFƏR: FİNALDA ERMƏNİSTAN TƏMSİLÇİSİNİ UDAN AZƏRBAYCAN GÜLƏŞÇİSİ QİTƏ BİRİNCİSİ OLDU

2021.10.20, 07:36
VİLNÜSDƏ ZƏFƏR: FİNALDA ERMƏNİSTAN TƏMSİLÇİSİNİ UDAN AZƏRBAYCAN GÜLƏŞÇİSİ QİTƏ BİRİNCİSİ OLDU

Gunaz.tv
VİLNÜSDƏ ZƏFƏR: FİNALDA ERMƏNİSTAN TƏMSİLÇİSİNİ UDAN AZƏRBAYCAN GÜLƏŞÇİSİ QİTƏ BİRİNCİSİ OLDU Sərbəst güləşçilərin Litva paytaxtı Vilnüsdə dünən start götürmüş Avropa çempionatında Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Ən ağır çəkidə (120 kq) yarışan Əli İsayev finalda Ermənistan təmsilçisi Ruslan Basiyevi udaraq Avropa çempionu tituluna sahib çıxıb. AzərTAc-ın məlumatına görə, Azərbaycan idmançılarından Cəbrayıl Həsənov (66 kq) ikinci yeri tutub. 84 kiloqram çəki dərəcəsində yarışan Novruz Temrezov isə bürünc medal əldə edib. Bu gün döşək üzərinə çıxacaq Azəbaycan idmançılarının rəqibləri məlum olub. Püşkə əsasən, Zəlimxan Hüseynov (60 kq) yunanıstanlı Aleksandros Plavidis, Çamsulvara Çamsulvarayev (74 kq) fransalı Luka Lampis, Hetaq Qazyumov (96 kq) Macarıstan təmsilçisi Daniel Liqeti ilə qarşılaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar