SON XƏBƏRLƏR

Qurbanqulu Berdımuhammədov İran adlanan yerin xarici işlər nazirinin müavini ilə Xəzərin statusu məsələsini müzakirə edib

2021.10.20, 07:36
Qurbanqulu Berdımuhammədov İran adlanan yerin xarici işlər nazirinin müavini ilə Xəzərin statusu məsələsini müzakirə edib

Gunaz.tv
Tərəflər tezliklə Xəzərə dənzinin hüquqi statsunuun əldə edilməsinin vacib olduğunu bildiriblər Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov İranın xarici işlər nazirinin Avropa ölkələri üzrə müavini, İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib. ANSPRESS Türkmənistanın dövlət informasiya agentliyinə (TDH) istinadən xəbər verir ki, görüş zamanı Xəzər dənizi üzrə məsələlər xüsusi olaraq müzakirə edilib. Tərəflər danışıqlar prosesinin aktivləşməsinin vacib olduğunu bildiriblər. Eyni zamanda bütün Xəzəryanı ölkələrin maraqlarının nəzərə alınmaqla və yalnız konsensus əsasında (yekdilliklə) Xəzər dənizinin hüquqi stasunun tezliklə əldə edilməsinin vacibliyini vurğulayıblar. Görüşdə eyni zamanda İranın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri də iştirak edib./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar