SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində fars işğalçı rejimi milli fəalları susdurmaq üçün basqıları artırır

2021.10.20, 07:36
Güney Azərbaycan şəhərlərində fars işğalçı rejimi milli fəalları susdurmaq üçün basqıları artırır

Gunaz.tv
Güney Azərbaycan şəhərlərində fars işğalçı rejimi milli fəalları susdurmaq üçün basqıları artırır Güney Azərbaycanın Sulduz şəhərindən verilən məlumata görə, rejim məmurları müxtəlif bəhanələrlə milli fəallara basqı məqsədilə hətta onların iş yerlərini bağlamağa çalışır. Belə ki, yaxın günlərdə Sulduzda bir neçə özəl iş yerləri bağlanıb. Bir başqa məlumata görə, Sulduzda bayram günlərində gənc milli fəallar Şəriətmədari (İmam xiyabanı), Səthi, Sahil və Məhəmmədyar durağında tabloların üzərinə Azərbaycan bayraqlarını yapışdırmış və həmin məntəqələrdə müxtəlif milli şüarları SMS vasitəsilə yaymışlar. Rejimin polis və Ettelaat məmurları Güney Azərbaycan milli hərəkat fəalı olmuş şəhid Hüseyn Fəthipurun dünyasını dəyişmiş nənəsinin yas mərasiminə də müdaxilə etmişlər. Onlar yas mərasimdə milli fəalların iştirakına mane olaraq onların bir yerə toplaşmasının qarşısını almağa çalışıblar. Lakin, gənc milli fəalların müqaviməti nəticəsində yas mərasimini keçirə biliblər. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar