SON XƏBƏRLƏR

Qriqol Vaşadze: «Azərbaycan və Gürcüstan arasında heç bir siyasi problem yoxdur»

2021.10.20, 07:36
Qriqol Vaşadze: «Azərbaycan və Gürcüstan arasında heç bir siyasi problem yoxdur»

Gunaz.tv
Qriqol Vaşadze: «Azərbaycan və Gürcüstan arasında heç bir siyasi problem yoxdur» Azərbaycan və Gürcüstan XİN arasında 2009-cu il üçün Məsləhətləşmələr Planı imzalanıb «Azərbaycan və Gürcüstan arasında heç bir siyasi problem yoxdur». Bunu Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Tiflisdə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra deyib. O bildirib ki, ölkələr arasında siyasi problem olmadığından, görüşdə iqtisadi və humanitar məsələlər müzakirə edilib: «Azərbaycan öz addımları ilə sübut edib ki, o, Gürcüstanla strateji müttəfiqdir». Gürcü nazir məlumat verib ki, görüşün gedişində 2009-cu il üçün Məsləhətləşmələr Planı imzalanıb. Bundan başqa, Gürcüstan prezidenti Mixail Saakaşvili və baş nazir Nikoloz Qilaurinin Azərbaycana səfərinə hazırlıq məsələləri də müzakirə edilib. Elmar Məmmədyarov da öz növbəsində bildirib ki, əsas müzakirələr hümanitar və iqtisadi məsələlər ətrafında aparılıb: «Qonşular üçün problem yaratmaqdansa, yaxşı qonşu olmaq lazımdır». Elmar Məmmədyarov Gürcüstan və Azərbaycan arasında energetika sahəsindəki əməkdaşlığa da toxunub. Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər qaz ehtiyatı və Gürcüstanla qaz təminatı ilə bağlı uzunmüddətli müqavilə mövcuddur. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar