SON XƏBƏRLƏR

Cəmil Çiçək: “PKK-a İğdiri da aldi, Ermənistan sərhədinə çatdlar”

2021.10.20, 07:36
Cəmil Çiçək: “PKK-a İğdiri da aldi, Ermənistan sərhədinə çatdlar”

Gunaz.tv
Cəmil Çiçək: “PKK-a İğdiri da aldi, Ermənistan sərhədinə çatdlar” Türkiyədəki bələdiyyə seçkilərində Azərbaycan üçün təhlükəli nəticənin ortaya çıxması haqda yazmışdıq. Xəbər verildiyi kimi, azərbaycanlıların şəhəri kimi tanınan və Türkiyənin İran, Ermənistan və Azərbaycanla sərhədində yerləşən mühüm strateji əhəmiyyətə malik İğdırda seçkiləri PKK-nın siyasi uzantısı hesab edilən DTP-nin namizədi udub. Bu, həmin şəhərdə MHP və AKP-nin irəli sürdüyü azərbaycanlı namizədlər arasında çəkişmə nəticəsində mümkün olub. Azərbaycanlıların səslərinin bölünməsi nəticəsində DTP-nin namizədi Mehmet Nuri Günəş 36 faiz səslə qalib gəlib. Gözlənilir ki, İğdırın PKK-ya bağlı qüvvələrin nəzarətinə keçməsi Ermənistanla sərhədlərin açılmasına, terror təşkilatının Ermənistan vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşməsinə və digər təhlükələrə gətirib çıxaracaq. İğdır seçkilərinin nəticələri Türkiyə hökumətini də narahat edir. Bunu dövlət naziri və hökumət sözçüsü Cəmil çiçək “Hürriyyət” qəzetinə müsahibəsində ifadə edib. çiçək deyib ki, bələdiyyə seçkilərində Türkiyənin təhlükəsizliyi üçün təhdid doğuracaq nəticələr də meydana çıxıb. “DTP İğdırı da aldı, Ermənistan sərhədinə çatdı. Müxalifət “Ankaranı da aldıq” deyib sevinə bilər, CHP İzmiri aldı deyə öyünə bilər. Ancaq bu bayram etmənin Türkiyənin təhlükəsizlik baxımından problemli bölgələrinə yardımı olmaz”, - deyə o bildirib. Cəmil çiçəyin bu sözləri DTP-dən olan millət vəkillərinin etirazlarına səbəb olub. DTP-dən olan Selahettin Demirtaş deyib ki, görünür, dövlət naziri “Böyük Ermənistan”, “Böyük Kürdüstan” xatırtlatması edir. “çiçək bizdən üzr istəməlidir, onsuz da DTP-ni kifayət qədər qaralamağa çalışırlar”. Yerli mətbuatın yazdığına görə, İğdırda seçkilərin nəticələri məlum olandan sonra gərginlik hökm sürür. Səslərin bölünməsinə görə AKP ilə MHP bir-birlərini günahlandırır, polis iki partiyanın tərəfdarları arasında qarşıdurma yaranacağından ehtiyat edərək təhlükəsizlik tədbirlərini gücləndirib. Qeyd edək ki, İğdırın keçmiş bələdiyyə başqanı Nurəddin Aras seçkilərdən əvvəl MHP-dən çıxaraq AKP-yə keçib. MHP isə seçkilərdə Əkbər Yeşili namizəd göstərib. Onların birlikdə topladığı səslərin miqdarı 60 faizə yaxındır. Bildirilir ki, MHP-çilər şəhərin DTP-nin əlinə keçməsinə görə Arası günahlandırırlar. Hesab edirlər ki, o MHP-dən çıxıb AKP-yə keçməklə səslərin bölünməsinə səbəb olub. Şəhər sakinləri deyirlər ki, kürdlər AKP-nin seçki kampaniyası zamanı payladığı yardımları alsalar da, səslərini DTP-yə veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar