SON XƏBƏRLƏR

İran adlanan yerin iqtisadiyyatı çökür

2021.10.20, 07:36
İran adlanan yerin iqtisadiyyatı çökür

Gunaz.tv
Əhmədinejad: "Çörək, su və enerji istehlakı azaldılmalıdır" İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad hökumətdən ölkədə çörək, su və enerji istehlakının təcili azaldılmasını, bu istiqamətdə ciddi tədbirlər görülməsini tələb edib. Əhmədinejad tələbini hökumət üzvlərilə martın 30-da keçirdiyi iclasda irəli sürüb. Bir neçə gün əvvəl, Novruz bayramı ərəfəsində isə İranın dini rəhbəri ayətullah Əli Xamneyi deyib ki, yeni il istehlak normasında islahatlar ili olacaq. Xatırladaq ki, İranda hicri-şəmsi təqvimi qüvvədədir və bu ölkədə yeni il Novruz bayramından başlanır. Hazırda İran 1388-ci ilə qədəm qoyub. Yeni ilin başlanması münasibətilə hökumətin hesabat iclasını keçirən Mahmud Əhmədinejad deyib: "Benzinin vətəndaşlar arasında müəyyən miqdarda paylanması və talon üsulu ilə bölüşdürülməsi işində olduğu kimi, yenə vətəndaşların yardımı ilə ciddi tədbirlər görmək lazımdır. Çörək, su və enerji istehlakının həcmini azaltmaq üçün ciddi və təcili proqramlar hazırlanmalıdır. Adi proqramlarla bu sahədə səmərəli nəticə əldə edilməyəcək". İran prezidenti hökumət xərclərinin azaldılmasını, vacib olmayan rəsmi toplantıların, səfərlərin ixtisarını da vacib sayıb. Dünyadakı iqtisadi böhran, xüsusilə neftin ucuzlaşması və beynəlxalq sanksiyalar İran iqtisadiyyatına ciddi təsir göstərdir. Raifə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar