SON XƏBƏRLƏR

Azərbaycanın təbliğat uğurları . Ermənilər çılğın uşağa dönür

2021.10.20, 07:36
Azərbaycanın təbliğat uğurları . Ermənilər çılğın uşağa dönür

Gunaz.tv
Azərbaycanın təbliğat uğurları Ermənilər çılğın uşağa dönür Ermənistanın Qırğızıstana nota verməsi Azərbaycanda ən çox danışılan mövzulardan biridir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımla bağlı Qırğızıstanda kitablar dərc edilib. Kitablarda erməni vəhşiliyi açıq şəkildə göstərilib. Kitab bir neçə dilə tərcümə edilib, dünyaya yayılacaq. Bu olay Azərbaycanda aparılan ciddi işlərin nəticələrindən biridir. Onun daha da inkişaf etdilirməsi qarşıda duran vəzifələrdən biridir. Ulu öndər Heydər Əliyevin 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi istiqamətində apardığı böyük işlər yaddaşlardan silinməz. Məhz Heydər Əliyev məsələni kəskin şəkildə qoyaraq, həmin olayların beynəlxalq səviyyədə qaldırılması, insanlara anladılması və təbliğ edilməsi ilə bağlı sistemli işlərə başladı. Hazırkı prezident İlham Əliyev isə erməni təbliğatına qarşı hücum taktikasını seçməyi təklif etdi. Bu yöndə aparılan işlər nəticəsini verir. Bütün dünya böyu ermənilər müdafiə mövqeyinə keçiblər və indi onlar tarixi həqiqətlər qarşısında acizliklərini nümayiş etdirməkdədirlər. Qırğızıstana verilən nota bunun əyani təcəssümüdür. Çünki ermənilər həmin hadisələri təkzib edə bilən heç bir arqument ortaya çıxara bilmirlər. Bütün yazılanlar həqiqətdir, konkret dəlil-sübuta əsaslanır. Ona görə də çılğın bəyanatlar verir, diplomatik etirazlarını bildirirlər. Təbii ki, Qırğızıstan yeganə nümunə olmayacaq və sonrakı hadisələr də baş verəcək. Məsələyə daha geniş bağlılıqda yanaşmaq daha doğru olardı. Azərbaycan dövlətçiliyinin qədim tarixi vardır. Azərbaycanda həmişə möhtəşəm dövlətlər olub. Son əsrlər isə proseslər bizim əleyhimizə cərəyan edib. İndi müstəqilliyin yeni, daha şanlı bir mərhələsi başlayıb. Bütün sahələr üzrə ölkənin və dövlətin inkişafı müşahidə edilir. Eyni zamanda, azərbaycanlıların dövlətçilik şüuru dəyişir. Burada Vətən anlayışı, tarixi torpaqlar haqqında həqiqi təsəvvürlərin formalaşması, milli kimliklə bağlı ciddi proseslər gedir. Azərbaycanın tarixi əraziləri haqqında dərc edilən kitaba və xəritəyə bəzi qonşu dövlətlərdən etiraz notaları gəldi. Bu, ciddi bir hadisə idi. Azərbaycan özünün tarixi əraziləri barədə məlumat verməyə tam haqlıdır. Tərtib olunan xəritədə kimsəyə ərazi iddiası yox, tarixi reallıqların təqdimatı vardı. Ona görə də bəzilərinin çılğın reaksiyası mənası olmayan bir iş oldu. Digər tərəfdən, ermənilərin törətdikləri vəhşiliklər haqqında əsrlərdir gizli qalan məqamların üzə çıxması prosesi güclənir. Azərbaycanın müxtəlif yerlərində kütləvi surətdə qətlə yetirilən soydaşlarımızın məzarlıqları tapılır, məlum olan faktların toplanması sistemləşdirilir. Bütün bunlar da kitab halında dərc edilir. Bununla əsrlərdir bizə qarşı törədilən vəhşilik haqqında dəqiq təsəvvürlər dünyaya çatdırılır. Bu həm də erməni təbliğatına ciddi zərbədir. Görünür, bu kimi proseslərin nəticəsidir ki, ABŞ-da erməni diasporuna qarşı cinayət işi qaldırılıb – onları siyasətlə məşğul olmaqda ittiham edirlər. Bir neçə il bindan öncə bu barədə düşünmək belə qəribə gələrdi. Ermənilər Qərbdə o dərəcədə yalan məlumatlar yayıb, o dərəcədə dini faktordan süni istifadə etmişdilər ki, bizlər haqqında tam yanlış təsəvvürlər formalaşıb. İndi o təsəvvürlərin dəyişməsi çox ağrılı və dramatik gedir. Ancaq həmin prosesin qarşısını almaq mümkün olmayacaq. Çünki həqiqət Azərbaycan tərəfdədir. Azərbaycan məruz qaldığı soyıqırımlara, kütləvi qətllərə aid olan məlumatları sadəcə dünyaya çatdırmaqda davam etsə, kifayətdir. Məsələ o dərəcədə aydın və konkretdir ki, əlavə təbliğata ehtiyac qalmır. Erməni-rus vəhşilərinin törətdikləri cinayətləri nümayiş etdirməklə hər şeyi demiş oluruq. Bizə özümüzdən nəyisə quraşdırmağımıza ehtiyac yoxdur. Ona görə də Azərbaycanın təqdim etdiyi faktlara ədalətlə yanaşılanda hər şey yerini alır. İndi ermənilər dünya boyu kobudluq və terrora üstünlük verməkdədirlər. Onlar azərbaycanlılara məxsus ofisləri dağıdırlar, onlara qarşı müəyyən işlər görürlər. Ermənilər bu yöndə fəallaşdıqca dünya onların nə qədər haqsız olduğunu görür. Ona görə ki, bir zamanlar “ciddi və böyük faktlardan” dəm vuranlar, indi ortaya Azərbaycanın məlumatlarını təkzib edə bilən bir faktı belə çıxara bilmirlər. Belə fakt yoxdur. Azərbaycan bu istiqamətdə işlərini təbii ki, gücləndirəcək. Onun görəcəyi işlər bütün bölgə üçün, türk xalqları üçün və bütövlükdə dünya üçün əhəmiyyətlidir. Erməni terrorundan yaxa qurtarmaq dünyaya lazımdır. Şahin Məhəmmədoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar