SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ MOBİL HƏYƏCAN: BAŞ PROKUROR SMS və MMS-lərə NƏZARƏTİ GÜCLƏNDİRMƏYİ TƏLƏB EDİR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ MOBİL HƏYƏCAN: BAŞ PROKUROR SMS və MMS-lərə NƏZARƏTİ GÜCLƏNDİRMƏYİ TƏLƏB EDİR

Gunaz.tv
Qurbanəli Dorri Nəcəfabadi İranın baş prokuroru Qurbanəli Dorri Nəcəfabadi kommunikasiya və informasiya texnologiyaları naziri Məhəmməd Süleymaniyə ünvanladığı məktubda vətəndaşların mobil telefonlarla bir-birlərinə göndərdiyi SMS və MMS-lərə nəzarətin gücləndirilməsini tələb edib. baş prokuror nəzarətin gücləndirilməsini qanun pozuntularının qarşısını almaq və ictimai təhlükəsizliyin qorunması zərurəti ilə əlaqələndirib. Məktubda bildirilir ki, SMS və MMS xidmətləri yalnız vətəndaşların həqiqi kimliyi müəyyənləşdirildikdən sonra göstərilməlidir. Novruz bayramı günlərində İranda 270 milyondan çox SMS və MMS göndərilib. Vətəndaşların bir-birlərinə göndərdiyi SMS-lərdə hökumət başçılarının, o cümlədən də İran prezidenti Mahmud Əhmədinejadın açıq-aşkar təhqir edilməsi, islam, ruhanilər və dinə qarşı nalayiq ifadələr işlədilməsi rəsmilərin ciddi narahatlığına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar