SON XƏBƏRLƏR

Erməni vəhşiliyini ifşa edən məzarlıq

2021.10.20, 07:36
Erməni vəhşiliyini ifşa edən məzarlıq

Gunaz.tv
Erməni vəhşiliyini ifşa edən məzarlıq Gözümüzün qarşısında məhv olur Bir neçə il öncə tikinti işləri aparılarkən Quba şəhər stadiolnu yerləşən ərazidən toplu məzarlıq-naməlum insanların öldürülüb basdırıldığı yer aşkara çıxarıldı. İlkin tədqiqatlar zamanı bəlli oldu ki, bu insan sümükləri əslində ölülərin urvatlı şəkildə torpağa tapşırıldığı məzarlıq da deyil. İnsanların xüsusi amansızlıqla öldürülüb toplu şəkildə-bir-birinin üstünə atılaraq basdırıldığı yerdir. İnsnaların qəddarlıqla öldürüldüyünü sümüklərə baxış zamanı adi gözlə də görmək mümkün idi. Tarixçi alimlər, tədqiqatçılar tezliklə müəyyən etdilər ki, bu insanların öldürülüb gömülməsinin tarixi də uzağa getmir. Bu məzarlıq ötən əsrin əvvəllərində Rusiyanın dəstəyi ilə Bakıda və Azərbaycanın digər bölgələrində at oynadan erməni başkəsənlərinin əl işidir. Daha dəqiqi, 1918-ci ilin mart soyqırımının yadigarıdır. Həmin ilin məşum mart günlərində Bakı Sovetinin siyasi rəhbərliyi ilə hərəkt edən erməni daşnak qüvvələri Azərbaycanın bir sıra bölgələrində: Bakıda, Lənkəranda, Şamaxıda, Qarabağda, Gəncədə və Qubada dinc türk-müsəlman kəndlərinə (hətta yəhudi kəndlərinə də) dəhşətli hücumlar edir, insanları kütləvi şəkildə qırırdılar. Qocalara, qadınlara, uşaqlara belə rəhm edilmir, onların başına olmazın müsibətlər gətirirdilər. Erməni qaniçənləri adamları çox zaman kütləvi şəkildə güllələyir, süngüdən keçirir, daşlarla başlarını əzir və dərin quyu, çala qazararaq cəsədləri ora töküb üstünü torpaqlayırdılar. Quba stadionunda aşkar edilən məzarlıq da, daha dəqiqi sümüklər də ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlılara məxsus idi. Məzarlıq tapılarkən tezliklə bu faktdan yarrarlanıb erməniləri bütün dünyada rüsvay edəcəyimizi düşünürdük. Amma hər zaman ələ düşməyən bu fürsəti də qaçırmaqdayıq. Məsələ burasındadır ki, neçə illərdir ərazidə qazıntı aparan qrupun rəhbəri arxeoloq Qəhrəman Ağayev "sümüklər məhv olur" deyə həyəcan təbili çalsa da, onun harayına səs verə tapılmır. Arxeoloq bildirir ki, sümüklər qorunmasa, bir neçə məhv olub gedəcək. Artıq məhvolma-çürümə prosesi başlanıb. Sümüklərin qorunması üçün elə də ciddi iş tələb olunmur. Sadəcə, sümüklərin saxlanması üçün müvafiq yer (muzey və s.) tikilməli, çürümənin qarşısının alınması üçün gərəkən kimyəvi maddə alınmalıdır. Türkiyəyə, bütün türk dünyasına savaş açmış ermənilərin əlində belə bir dəlil, bu cür faktlar olsaydı, onu göz bəbəyi kimi qoruyar, dünyanın iri şəhərlərində nəşr olunan jurnallara, soraq kitablarına saldırar, haqqında filmlər, rəsmlər çəkdirər, xarici ölkə parlamentlərində, beynəlxalq təşkilatlarda məsələ qaldırar, sərgilər təşkil edər, bir sözlə, ələ düşmüş fürsətdən maksimum yararlanardılar. Bizdə necədirğ Hələ bu günə qədər ermənilərin törətdiyi insanlıq suçunun maddi dəlili olan Quba məzarlığı haqqında bircə televiziya filmi belə çəkilməyib. Səbəbğ Pul yoxdur, sponsor yoxdur. Amma şou-biznesə, lüt müğənnilərə pul tapılır, abırsız kliplərə maya qoyanlar nə qədər desən var. 31 mart soyqırımının növbəti ildönümündə jurnalistlərlə birgə Qubaya səfər edən millət vəkilləri xoş müjdə verdilər ki, yaxın günlərdə baş nazir Artur Rasizadə ilə görüşərək məsələni onun diqqətinə çatdıracaqlar. Fikrimizcə, bu iş təxirəsalınamadan icra olunmalı, məzarlıqdakı sümüklərin qorunması təmin olunmaolıdır. Quba məzarlığı erməni vəhşilyiini əyani sübut edən dəlillərdir. Bu dəlilləri məhv olmağa qoymamalıyıq. Təcili şəkildə Nazirlər Kabineti müvafiq işlər görülməli, ərazidə soyqırım muzeyi yaradılmalı, sümüklərin çürüməsinin qarşısı alınmalı, xarici nümayəndələrin, parlamenttarilərin əraziyə səfərləri təşkil olunmalı, 31 mart soyqırımının dünya parlamentlərində tanınması üçün addımlar atılmalıdır. Bu məzarlıq da digər tarixi abidələrimiz kimi laqeydliyimizin qurbanına çevrilməməlidir. Aslan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar