SON XƏBƏRLƏR

ÜÇ ADA MÜBAHİSƏSİ DAVAM EDİR: YENİ GƏRGİNLİK: İRAN ƏRƏB LİQASININ BƏYANATINI CAVABLADI

2021.10.20, 07:36
ÜÇ ADA MÜBAHİSƏSİ DAVAM EDİR: YENİ GƏRGİNLİK: İRAN ƏRƏB LİQASININ BƏYANATINI CAVABLADI

Gunaz.tv
ÜÇ ADA MÜBAHİSƏSİ DAVAM EDİR: YENİ GƏRGİNLİK: İRAN ƏRƏB LİQASININ BƏYANATINI CAVABLADI Həsən Qəşqavi Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi bu gün jurnalistlərlə söhbətində Ərəb Liqasının Qətərdə keçirdiyi iclasında İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisə mövzusu olan Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adaları ilə bağlı bəyanat verməsini ölkənin daxili işlərinə aşkar müdaxilə saydığını deyib. Martın 30-da qəbul olunmuş bəyanatda adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğuna təkid edilərək onların danışıqlar yolu ilə bu ölkəyə qaytarılması tələb edilib. Həsən Qəşqavi bəyanatdakı müddəaları əsassız saydığını vurğulayıb: «Bu üç ada tarix boyu İranın ayrılmaz hissəsi olub. Əsassız və həqiqətə uyğun olmayan mövqe və bəyanatlar adaların İrana məxsusluğuna heç bir təsir göstərə bilməyəcək». Son illər Birləşmiş Ərəb Əmirlikləri dəfələrlə rəsmi və qeyri-rəsmi mərasimlərdə Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarının qaytarılmasını tələb edib və məsələ danışıqlar yolu ilə çözülməyəcəyi təqdirdə Beynəlxalq Haaqa Məhkəməsinə üz tutacağını bildirib. Əbu Masa, Kiçik Tonb və Böyük Tonb adaları İrana 1971-ci ildə BƏƏ Böyük Britaniyadan müstəqillik qazananda verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar