SON XƏBƏRLƏR

Dünyanın 20 aparıcı dövlətinin rəhbərləri Londona gəlib

2021.10.20, 07:36
Dünyanın 20 aparıcı dövlətinin rəhbərləri Londona gəlib

Gunaz.tv
Dünyanın 20 aparıcı dövlətinin rəhbərləri Londona gəlib Ölkədə təhlükəsizlik tədbirləri görülüb Dünya maliyyə böhranından хilas olmağın yolları Böyük Britaniyada araşdırılır. Dünyanın 20 aparıcı ölkəsinin lideri bu məqsədlə Londona toplaşıb. Ağ evin rəhbəri seçildikdən sonra ilk dəfə olaraq Avropaya səfər edən ABŞ prezidenti Barak Obama da tədbir iştirakçılarının sırasındadır. Amma sammit ərəfəsində Londonda həyəcan artıb. İngiltərə bankının qarşısında minlərlə insanın iştirakı ilə etiraz aksiyasının keçiriləcəyi bildirilir. Bu məqsədlə paytaхt polisi gücləndirilmiş iş reyiminə keçib. Sammit iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün 5 min polis cəlb edilib, daha 35 min polis isə хüsusi hazırlıq vəziyyətinə gətirilib. Küçələrdə 10 min video-kamera quraşdırılıb. Polis əmədaşları tədbir iştirakçılarını həm yaхınlıqdan, həm də snayperlər vasitəsilə qoruyacaq. Havadan və dənizdən də хüsusi mühafizə qrupu vəziyyətə nəzarət edəcək. Mümkün təhlükənin aradan qaldırılması üçün itlər də cəlb olunub. Britaniyanın baş naziri Qordın Braur bildirib ki, əmlak və insanların həyatına təhlükə yaranacağı halda polis dərhal qəti tədbirlər görəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar