SON XƏBƏRLƏR

ÇEÇENLƏRİ KİM ÖLDÜRÜR?

2021.10.20, 07:36
ÇEÇENLƏRİ KİM ÖLDÜRÜR?

Gunaz.tv
ÇEÇENLƏRİ KİM ÖLDÜRÜR? Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri [email protected]/* */ elxan.azeriblog.com Çeçenistanın keçmiş səhra komandiri, daha sonra isə Rusiya silahlı qüvvələrinin tərəfinə keçən Sulim Yamadayev martın 28-də yaşadığı Dubay şəhərində sui-qəsdə məruz qalıb. İnformasiya agentlikləri sui-qəsdlə bağlı fərqli xəbərlər verir. Bir qisim Yamadayevin öldüyünü, digərləri isə xəstəxanada ağır vəziyyətdə olduğunu bildirir. Son aylarda kimsə və ya kimlərsə adlı-sanlı çeçenləri bir-bir aradan götürür. Keçən il Sulim Yamadayevin qardaşını, Dövlət Dumasının deputatı Ruslanı Kremlin beş addımlığında qətlə yetirmişdilər. Qatil tapılmadı. Daha sonra Vyanada Çeçenistan prezidenti Ramzan Kadırovun keçmiş mühafiəzçisi qətlə yetirildi. Qatil tapılmadı. İstanbulda bugünlərdə ard-arda bir neçə keçmiş səhra komandiri qətlə yetirilib. Qatillər yenə tutulmayıb. Çeçenləri kim və nəyə görə öldürürr? Qətllərin arxasında Moskvanın dayandığını ehtimal edənlər də var, Ramzan Kadırovun əli olduğunu güman edənlər də. Sual olunur: Kreml vaxtilə Rusiya tərəfinə keçən və döyüşlərdəki şücaətinə görə ruslardan qəhrəman adı alan Ruslan Yamadayevi və onun qardaşını niyə öldürsün? Doğrudur, vaxtilə Kreml Çeçenistanın liderlərindən biri Zəlimxan Yandarbiyevin Qətərdə qətlinə yaşıl işıq yandırmışdı. Ancaq Yandarbiyev silahlı müqavimətin ilhamvericisi sayılırdı və bu, Moskvanı qıcıqlandırırdı. Yamadayev qardaşları isə ikinci çeçen savaşından bu yana canla-başla Rusiyanın maraqları naminə çalışırdı. Hətta ötən ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında müharibə başlayanda Ruslan Yamadayevin separatçıları qorumaq üçün öz dəstəsi ilə birgə Cənubi Osetiyaya yollandığı xəbəri yayılmışdı. Xaricdəki çeçenlər bir-bir aradan götürülür, Rusiya və Çeçenistan rəhbərliyi isə Çeçenistandakı durumun qənaətbəxş olduğunu vurğulayır. Rusiya prezidenti Dmitri Medvedyev Federal Təhlükəsizlik Bürosunun (FTB) sədri Aleksandr Bortnikova Çeçenistandakı anti-terror əməliyyatı rejimini ləğv etməyi tapşırıb. Başqa sözlə, Kreml 1999-cu ildən başlanan və yüz minlərlə insanın ölümünə yol açan ikinci çeçen savaşının sona çatdığını elan edir. Buna baxmayaraq, Rusiya prezident FTB sədrinə Çeçenistanı nəzarət altında saxlamağı davam etdirmək təlimatını verib. Məsələ burasındadır ki, müxtəlif mənbələrə görə, meşələrdə hələ də 100-300 nəfərədək silahlı çeçen gizlənir. Onların ara-sıra lokal əməliyyatlar həyata keçirdiyi bildirilir. Rusiyanın bölgədə hərbi nəzarəti yumşaltmasına ən çox sevinənlərdən biri Ramzan Kadırovdur. Kadırov hələ Medvedyevin FTB sədri ilə görüşündən 5 gün əvvəl Qroznıda açıqlama verərək anti-terror əməliyyatının sona çatdığını bəyan etmişdi. Kadırovun tələskənliyi anlaşılandır. O, Rusiyanın tərkibində Çeçenistanın mütləq hakimi olmaq istəyir. Çeçenistanda şəxsiyyətə pərəstiş ayaq tutub yeriyir, məktəblərdə sovet dövründəki pioner hərəkatına oxşar kadırovçular hərəkatı yaradılır, yerli televiziya yalnız onu göstərir. Rusiya hakimiyyəti isə Kadırovun Kremlə loyallığına görə ona bütün şıltaqlıqları bağışlamağa hazırdır. Bundan məmnun görünən Kadırovun daha böyük hədəfi var: Rusiyanın Çeçenistan üçün ayırdığı maliyyə ianələrinə şəriksiz nəzarət etmək. Hələ ki, Kadırova kimsə mane olmaq iqtidarında deyil. Çünki belələri artıq həyatda yoxdur. Jurnalist Anna Politkovskaya Çeçenistanda insan oğurluğu hallarını ifşa edirdi. Moskvada mənzilinin qabağında qətlə yetirildi. Onun qatillərindən də xəbər-ətər yoxdur. Kadırova alternativ ola biləcək bir Yamadayev qardaşlarıydı ki, onlar da qətlə tuş gəldilər. Kadırovun Vyanadakı keçmiş müfafizəçisinə ölümündən bir qədər əvvəl namə göndəribmişlər: “Keçmiş bossunu az tənqid et!”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar