SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD ÇÖRƏK, SU və ENERJİ İSTEHLAKINI TƏCİLİ AZALTMAĞI TƏLƏB EDİB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD ÇÖRƏK, SU və ENERJİ İSTEHLAKINI TƏCİLİ AZALTMAĞI TƏLƏB EDİB

Gunaz.tv
ƏHMƏDİNEJAD ÇÖRƏK, SU və ENERJİ İSTEHLAKINI TƏCİLİ AZALTMAĞI TƏLƏB EDİB Mahmud Əhmədinejad İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad başçılıq etdiyi hökumətdən ölkədə çörək, su və enerji istehlakının təcili azaldılmasını, bu istiqamətdə ciddi tədbirlər görülməsini tələb edib. “Media forum” saytı xəbər verir ki, M.Əhmədinejad tələbini hökumət üzvləri ilə martın 30-da keçirdiyi iclasda irəli sürüb. İranın dini rəhbəri ayətullah Əli Xamneyi Novruz bayramı ərəfəsində demişdi ki, yeni il istehlak normasında islahatlar ili olacaq. Xatırladaq ki, İranda hicri-şəmsi təqvimi qüvvədədir və bu ölkədə yeni il Novruz bayramından başlanır. Hazırda İran 1388-ci ilə qədəm qoyub. Əhmədinejad hökumətin iclasında deyib: “Benzinin vətəndaşlar arasında müəyyən miqdarda paylanması və talon üsulu ilə bölüşdürülməsi işində olduğu kimi, yenə vətəndaşların yardımı ilə ciddi tədbirlər görmək lazımdır. Çörək, su və enerji istehlakının həcmini azaltmaq üçün ciddi və təcili proqramlar hazırlanmalıdır. Adi proqramlarla bu sahədə səmərəli nəticə əldə edilməyəcək”. İran prezidenti hökumət xərclərinin azaldılmasını, vacib olmayan rəsmi toplantıların, səfərlərin ixtisar edilməsini də vacib sayıb. Dünyadakı iqtisadi böhran, xüsusilə neftin ucuzlaşması və beynəlxalq sanksiyalar İran iqtisadiyyatına ciddi təsir göstərməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar