SON XƏBƏRLƏR

Konqres nümayəndələri Abdulla Gül və Serj Sarkisyana ortaq məktub göndəriblər

2021.10.20, 07:36
Konqres nümayəndələri Abdulla Gül və Serj Sarkisyana ortaq məktub göndəriblər

Gunaz.tv
Konqres nümayəndələri Abdulla Gül və Serj Sarkisyana ortaq məktub göndəriblər Dörd millət vəkili məktubda Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması üçün aparılan danışıqlara dəstək verirlər ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat partiyasından olan dörd üzvü Türkiyə və Ermənistan prezidentlərinə iki ölkə arasındakı yaxınlaşmanı dəstəkləyən ortaq məktub göndəriblər. ANSPRESS "Amerikanın səsi" radiosunun Türk bölməsinə istinadən xəbər verir ki, Abdulla Gül və Serj Sakisyana göndərilən məktublarda, Nümayəndələr Palatasının üzvləri Robert Veksler (Robert Vexler), Ayk Skelton (İke Skelton), Con Merta (John Murtha) və Elsi Hastinqsin ("Alcee Hastinqs) imzaları var. Dörd millət vəkili məktubda Türkiyə və Ermənistan arasında bir müddət öncə başlayan və əlaqələrin normallaşması üçün aparılan danışıqlara dəstək verirlər. Floridadan olan millət vəkili Robert Veksler məktubla bağlı olaraq bildirib ki, Amerika və beynəlxaq ictimaiyyət üçün Türkiyə və Ermənistan arasındakı əlaqələri normallaşdırma və Qafqaz bölgəsində müsbət bir dinamika yaratma istiqamətində davam edən səylərə dəstək verilməsi həyati önəm daşıyır. Veksler, Türkiyə və Ermənistanın fikir ayrılıqlarını aradan qaldıraraq, işbirliyini artırma və diplomatik əlaqə qurmaq məqsədilə sağlam təməllər atmalarının iki ölkə ilə yanaşı Amerikanın da maraqlarına uyğun olduğunu vurğulayıb./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar