SON XƏBƏRLƏR

ƏLİ DAYINI KÖMƏKÇİSİ ƏVƏZLƏDİ. MÜVƏQQƏTİ

2021.10.20, 07:36
ƏLİ DAYINI KÖMƏKÇİSİ ƏVƏZLƏDİ. MÜVƏQQƏTİ

Gunaz.tv
ƏLİ DAYINI KÖMƏKÇİSİ ƏVƏZLƏDİ. MÜVƏQQƏTİ Erix Rutemaller İran milli futbol komandasının baş məşqçisi postu bu gün müvəqqəti olaraq Erix Rutemallerə həvalə edilib. O, martın 29-da istefaya göndərilmiş Azərbaycanlı futbol mütəxəssisi Əli Dayını (Əli Daei) əvəzləyib. Əli Dayı İran yığmasının 2010-cu il dünya çempionatının seçmə oyununda Səudiyyə Ərəbistanı milli komandasına məğlubiyyətinin güdazına gedib. Martın 28-də Tehranın 100 min nəfərlik «Azadlıq» stadionunda keçirilən matçda qonaqlar 2:1 hesabı ilə İran komandasına qalib gəliblər. «Media forum» saytının məlumatına görə, İran Futbol Federasiyasının prezidenti Əli Kəffaşiyan jurnalistlərə açıqlamasında Əli Dayının köməkçisi Erix Rutemallerin müvəqqəti təyinat aldığını, milli komandaya daimi baş məşqçi axtarıldığını vurğulayıb: «Bu həssas vəziyyətdə ölkə futboluna yaxşı bələd olan yerli məşqçilərdən birinin üstündə dayanmalıyıq. Bir neçə namizəd nəzərdə tutmuşuq. Əfşin Qütbi namizədlərdən biridir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar