SON XƏBƏRLƏR

Soyqırım abidəsi ilə bağlı təqdim edilən işlər Mədəniyyət və Turizm Nazirliyini qane etmir

2021.10.20, 07:36
Soyqırım abidəsi ilə bağlı təqdim edilən işlər Mədəniyyət və Turizm Nazirliyini qane etmir

Gunaz.tv
«Soyqırım abidəsi ilə bağlı təqdim edilən işlər Mədəniyyət və Turizm Nazirliyini qane etmir» Əbülfəz Qarayev müsabiqənin vaxtının uzadıldığını bildirib Soyqırım abidəsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə bir necə layihə təqdim edilib. Nazir Əbülfəz Qarayevin sözlərinə görə, bu işlər onları qane etməyib. Buna görə də layihələrin qəbulu vaxtının uzadılması barədə qərar qəbul olunub: «Əgər müstəqilliyimizə, istiqlaliyyətimizə heykəl, memorial yaratmaq istəyiriksə, bunu yüksək zövqlə, peşəkarlıqla etməliyik və bu Azərbaycan xalqının bütün xususiyyətlərini əks etdirən əsər olmalıdır». Nazir ən maraqlı işlərlə ictimaiyyəti tanış edəcəklərini bildirib. Bundan əlavə 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə sərgilərin, gecələrin keçirilməsinin nəzərdə tutluduğunu bildirib: «Soyqırım günü heç vaxt Azərbaycan xalqının yaddaşından çıxmamalıdır. Çünki heç olmasa, bu günlərdə biz bir daha keçdiyimiz faciəli tarixi yada salaq». Kəmalə Məmmədova /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar