SON XƏBƏRLƏR

MSK REFERENDUMUN YEKUN NƏTİCƏLƏRİNİ TƏSDİQLƏDİ. MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİ YEKUN PROTOKOLU İMZALAMADI

2021.10.20, 07:36
MSK REFERENDUMUN YEKUN NƏTİCƏLƏRİNİ TƏSDİQLƏDİ. MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİ YEKUN PROTOKOLU İMZALAMADI

Gunaz.tv
MSK REFERENDUMUN YEKUN NƏTİCƏLƏRİNİ TƏSDİQLƏDİ. MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİ YEKUN PROTOKOLU İMZALAMADI Akif Qurbanov Almas Qəhrəmanlı Mərkəzi Seçki Komissiyası (MSK) konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçirilən referendumun nəticələrini təsdiq edib. «Media forum» saytının məlumatına görə, MSK-nın martın 30-da keçirilən iclasında komissiyanın 16 üzvündən 14-ü nəticələri müsbət qiymətləndirib və yekun protokolu imzalayıb. MSK-da müxalifəti təmsil edən Ümid Partiyasının təmsilçisi Akif Qurbanov və Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi Almas Qəhrəmanlı referendumun yekun protokola imza atmayıb. Akif Qurbanov «Media forum» saytına açıqlamasında bunun səbəbini izah edərkən deyib: «MSK üzvləri və rəhbərliyi özlərini elə aparırlar ki, sanki referendum azad və şəffaf keçirilib, heç bir qanun pozuntusu baş verməyib. Qurum qanunsuzluqlar haqda təqdim olunan faktları araşdırmadı. Təbii ki, bu yanaşma absurddur. Mən MSK üzvlərini protokolu imzalamamağa çağırdım». İclasda «Qarabağ və Respublika Uğrunda Hərəkat» və «Respublikaçılar» təşviqat qruplarının qanunsuzluqların araşdırılmasına dair müraciətlərinə də baxılıb. Müraciətlər təmin olunmayıb. Martın 18-də konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik etmək üçün referendum keçirilib. Rəsmi məlumata görə, səsvermədə seçicilərin 71,08 faizi iştirak edib. Seçki Məcəlləsinin 138.4-cü maddəsinə əsasən, referenduma MSK-nın iclasında yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir. Qanunun 140-cı maddəsinə göstərilib ki, referendum yolu ilə qəbul olunan qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilən aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 20 gün keçənədək MSK tərəfindən dərc edilir. 141-ci maddəyə görə, referendumun nəticələri dərc edildiyi gündən qüvvəyə minir və onu heç kim dəyişə bilməz. MSK-nın səsvermənin yekunu üzrə elan etdiyi nəticələrə görə, Azərbaycanda konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişiklikləri seçicilərin 87-91 faizi dəstəkləyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar