SON XƏBƏRLƏR

MTN ERMƏNİLƏRİN 1918-ci İLDƏ TÖRƏTDİYİ VƏHŞİLİKLƏRƏ DAİR SƏNƏDLƏRİ KİTAB ŞƏKLİNDƏ BURAXIB

2021.10.20, 07:36
MTN ERMƏNİLƏRİN 1918-ci İLDƏ TÖRƏTDİYİ VƏHŞİLİKLƏRƏ DAİR SƏNƏDLƏRİ KİTAB ŞƏKLİNDƏ BURAXIB

Gunaz.tv
MTN ERMƏNİLƏRİN 1918-ci İLDƏ TÖRƏTDİYİ VƏHŞİLİKLƏRƏ DAİR SƏNƏDLƏRİ KİTAB ŞƏKLİNDƏ BURAXIB Milli Təhlükəsizlik Nazirliyi 1918-ci ilin mart ayında Bakıda baş vermiş hadisələrə aid sənədləri ayrıca kitab şəklində buraxıb. Tarix elmləri doktoru Solmaz Rüstəmova–Tohidinin tərtib etdiyi “Bakı. Mart 1918-ci il. Azərbaycanda talanlar sənədlərin dili ilə” kitabı Birinci Dünya müharibəsinin əvvəlindən başlayaraq bütövlükdə Zaqafqaziya Cənubi Qafqazda müsəlman əhaliyə və onların əmlakına münasibətdə törədilmiş zorakılıq, talan və qarət faktlarının təhqiq edilməsi üçün 1918-ci ilin iyul ayında Azərbaycan hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən toplanmış sənədlərdən ibarətdir. AzərTAc xəbər verir ki, komissiyanın materialları xüsusi əhəmiyyət kəsb edir, çünki onların toplanması və mühafizəsi dövlət orqanları tərəfindən həyata keçirilib. Rəsmi sənədlər olan bu materialların təkcə hüquqi baxımdan deyil, həm də tarixi-siyasi və diplomatik cəhətdən böyük əhəmiyyəti var. Oxuculara təqdim edilən məcmuəyə Fövqəladə İstintaq Komissiyasının topladığı materialların yalnız bir qismi daxil edilib: 1918-ci ilin mart ayında Bakıda və onun ətrafında baş vermiş hadisələrlə bağlı sənəd. Bu hadisələr zamanı bolşevik-daşnak dəstələri əksəriyyəti azərbaycanlı olan 12 mindən çox günahsız insanı məhv edib; 1918-ci ilin mart-sentyabr aylarında azğınlaşmış erməni silahlı dəstələrinin zorakılığına məruz qalmış Bakı şəhərinin və ətraf kəndlərin sakinlərinin şahid ifadələri; “Bakı şəhərində talan haqqında” işin araşdırılması ilə əlaqədar məhkəmə-istintaq sənədlərinin bir qismi. S.Rüstəmova–Tohidi tərəfindən toplanıb sistemləşdirilmiş bu sənədlər ilk dəfə 2007-ci il martın 30-dan 2008-ci il martın 31-nə qədər Bakıda mart hadisələrinin 90 illiyi ilə əlaqədar “Zerkalo” qəzetinin 52 şənbə nömrələrində tam şəkildə dərc edilib. Məcmuəyə daxil edilmiş sənədlər 1918-ci ildə Bakıda və onun ətrafında baş vermiş faciəli hadisələri yaşamış müxtəlif insanların gözü ilə baxmağa imkan verir. Dinc müsəlman əhaliyə münasibətdə ermənilərin törətdiyi vəhşiliklər və qəddarlıqlara dair faktların çoxluğu, tanınmış və imkanlı azərbaycanlıların ünvanlarının əvvəlcədən hazırlanmış siyahılarının olması barədə məlumatlar, şəhərin müxtəlif hissələrində döyüş əməliyyatlarının eyni vaxtda və mütəşəkkil formada başlanması və sair dinc azərbaycanlı əhalinin məqsədyönlü və kütləvi şəkildə məhv edilməsi planının mövcud olmasını göstərir. Kitabda bu məsələnin tarixinə həsr edilmiş elmi oçerk və ətraflı köməkçi informasiya xarakterli məlumatlar, habelə Bakı şəhərinin və onun rayonlarının 1913-cü ilə aid xəritəsi də verilib. Nəşrin baş məsləhətçisi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov, elmi redaktoru tarix elmləri namizədi Məmməd Cəfərlidir.«Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar