SON XƏBƏRLƏR

31 mart – Azərbaycanlıların soyqırım günü ilə bağlı Güney Azərbaycan İstiqlal Partiyasının B Ə Y A N A T I

2021.10.20, 07:36
31 mart – Azərbaycanlıların soyqırım günü ilə bağlı Güney Azərbaycan İstiqlal Partiyasının B Ə Y A N A T I

Gunaz.tv
31 mart – Azərbaycanlıların soyqırım günü ilə bağlı Güney Azərbaycan İstiqlal Partiyasının B Ə Y A N A T I Azərbaycanın milli faciəsi 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan ve Türkmənçay müqavilələrinə əsasən millətimizin və Azərbaycanın tarixi torpaqlarının parçalanması ilə başlayıb. Böyük güclərin Azərbaycanın tarixi torpaqlarının mənimsənilməsi və azərbaycan türkünün məhv edilməsinə yönəlik apardıqları məqsədyönlü siyasət nəticəsində tarixi ərazilərimiz işğala, millətimiz soyrımına məruz qalmışdır. Hər zaman rusların əlaltısı olmuş kökü bəlli olmayan mənfur erməni qəsbkarlarının kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi də bu siyəsətin tərkib hissəsi olmuşdur. Ermənilərin torpaq hərisliyi və onlarda türklərə qarşı aşılanan nifrət 1905-1907-ci illərdən başlayaraq ermənilərin azərbaycan türklərinə qarşı sistemli şəkildə həyata keçirdikləri qanlı qətliamlara səbəb olmuşdu. Təkcə 1915-1918-ci illər arası Güney Azərbaycanın Urmu, Salmas, Xoy bölgələrində silahlanmış erməni quldurları 100 minlərlə dinc əhalini qətlə yetirmişdir. Ermənilər cinayət əməllətini həm də Azərbaycanın Quzeyində davam etdirmişlər. 1918-ci ilin mart ayında ermənilər minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmişdir. Azərbaycan türklərinin soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Əsrin əvvəllərindən erməni cəlladlarının azərbaycan türklərinə qarşı başladıqları ərazi iddiaları və terror əməlləri bu günə kimi davam etməkdədir. 1988-ci ildən sonra erməni terrorçularının Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. Ermənilər öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını yerlə-yeksan etdilər, yüzlərlə Azərbaycan türkünü qətlə yetirdilər, minlərlə insanı əsir götürdülər. Güney Azərbaycan İstiqlal Partiyası 31 mart – Azərbaycan türklərinin soyqırım günü münasibətilə dünyada yaşayan azərbaycan türklərinə başsağlığı verir və millətimizə bir daha bəyan edir ki, türk düşmənləri hələ də azərbaycanlılara qarşı ərazi iddialarından əl çəkməyiblər. Azərbaycanın Quzeyində 20% torpağımız erməni işğalı altındadır, Azərbaycanımızın Güneyində isə fars şovinistlərinin himayə etdikləri kürd terrorçuları torpaqlarımıza göz dikiblər. Millətimizin acı tarixi faciələrindən dərs alaraq, millətimizi düşmənlərimizə qarşı birliyə və itirilmiş ərazilərimizin bərpası istiqamətində mübarizəyə çağırırıq. Güney Azərbaycan İstiqlal Partiyası

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar