SON XƏBƏRLƏR

ABŞ Pakistana Talebanla əlaqə barədə xəbərdarlıq edir

2021.10.20, 07:36
ABŞ Pakistana Talebanla əlaqə barədə xəbərdarlıq edir

Gunaz.tv
ABŞ Pakistana Talebanla əlaqə barədə xəbərdarlıq edir ABŞ Pakistan kəşfiyyatından Talebana dəstək olduğunu iddia edir Amerika hərbiyyəsi deyir ki, Pakistanın hərbi kəşfiyyatı, İSİ daxilindəki elementlər Talebana dəstək verməklərinə davam edir. Rəsmilər bu dəstəyə son qoyulmasını tələb ediblər. Amerika Birgə Qərargah Rəisləri Komitəsinin sədri Mayk Mallen deyib ki, buna dair Amerika dəlil-sübut əldə edib. O bildirib ki, İSİ Pakistanın Əfqanıstan və Hindistanla sərhədləri boyunca silahlı qruplarla əlaqələrə malikdir. Bundan əvvəl ABŞ prezidenti Barak Obama "getdikcə təhlükəli olan" vəziyyətlə mübarizə aparmaq üçün, ölkəsinin Əfqanıstan və Pakistana dair strategiyasında fundamental dəyişiklik elan etmişdi. O deyib ki, güclənməkdə olan radikal qüvvələr Amerika xalqı və dünya üçün ən böyük təhlükəni təşkil edir. Obama daha 4 min ABŞ hərbçisinin Əfqanıstan ordusu və polisinə yardım etmək və onlara təlim keçmək üçün Əfqanıstana göndəriləcəyini təsdiq edib. Bundan başqa, Pakistana 7.5 milyard dollarlıq "birbaşa dəstək" yardımı göstəriləcək. Lakin ABŞ prezidenti deyib ki, bu dəstək həmin ölkələrin rəhbərliyinə kart-blanş verilməsi demək deyil. Pakistan əl-Qaidə və digər ekstremist qüvvələrin kökünü kəsmək üçün əzmkarlıq nümayiş etdirməlidir. Əfqanıstan prezidenti Həmid Kərzay Barak Obamanın yeni yanaşmasına tam dəstək ifadə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar