SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ KEÇİRİLƏN SEÇKİLƏRDƏ QAN TÖKÜLÜB

2021.10.20, 07:36
TÜRKİYƏDƏ KEÇİRİLƏN SEÇKİLƏRDƏ QAN TÖKÜLÜB

Gunaz.tv
TÜRKİYƏDƏ KEÇİRİLƏN SEÇKİLƏRDƏ QAN TÖKÜLÜB Ən azı 5 nəfər ölüb, onlarla adam yaralanıb Türkiyə hökuməti seçkilər günü ölkədə alkoqolu içkilərin satıllmasına və insnaların silah gəzdirməsinə qadağa qoymuşdur. Amma buna baxmayaraq seçki məntəqələrində ölümlə nəticələnən atışmalar baş verib. Bu zaman isə ən azı 2 bələdiyyəyə namizəd öldürülüb. Rəsmi Andolu Agentliyini verdiyi məlumata görə Bezici kəndində muxtarlığa namizədlərdən biri rəqib namizədlə atışma zamanı öldürülüb. Rəqib tərəfdarlarının daşlardan, dəyənklərdən və silahlardan istifadə etməsi nəticəsində isə ən azı 16 nəfər yaralanıb. Anadolu xəbər agentiyinin və Doğan Xəbər Agentliyinin (DHA) verdiyi məlumata görə isə, başqa bir insident Karsın Karabağ kəndində namizədlər arasında yaranan mübahisəsi zamanı baş verib. Silahlı toqquşma zamanı muxtarlığa namizəd Zeki Demir öldürülüb və 5 nəfər yaralanıb. Verilən məlumatlara əsasən, salahiyyətli şəxslər isə insidentdən sonra kənddə təhlükəsizlik təbbirləri görməyə başlayıblar. Diyarbakır əyalətinin Sirnak kəndidndə isə atışma kənd muxtarlığına namizədlərin ailələri arasında baş verib. Anadolu xəbər agentiyinin və DHA- nın verdiyi məlumata görə Toqquşma zamanı bir nəfər ölüb, 4 nəfər isə bədən xəsarəti alıb. Şanlıurfada isə iki muxtarlığa namizəd arasında başlayan münaqişə əvvəlcə çubuq və daşlarla sonra isə silhalı toqquşmayla müşahidə olunub. Toqquşma bütün kəndi bürüsə də polisin müdaxiləsindən sonra insidentə son qoyulub. Muxtarlığa namizəd Müslüm Babacan öldürülüb, 12 nəfər isə yaralanıb. Məlumatı Anadolu və Doğan İnformasiya Agentlikləri yayıb. www.itv.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar