SON XƏBƏRLƏR

ƏRDƏBİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR

2021.10.20, 07:36
ƏRDƏBİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR

Gunaz.tv
ƏRDƏBİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə fevralın 5-də qardaşları Məhəmməd və İbrahimlə birlikdə həbs edilən ərdəbilli fəal Ramin Sadıqi Əslin Ərdəbil ETTELAAT idarəsinin zindanında ağır işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb. İbrahim iki həftə, Məhəmməd isə 17 gün saxlandıqdan sonra mülk girovu müqabilində azad buraxılsalar da, Ramin hələ də həbsxanada saxlanır. həbsxana əməkdaşları Ramindən yalançı etiraflar almaq üçün onu şallaqla döyür, yuxusuz saxlayır, bədəninin müxtəlif həssas yerlərini elektrik cərəyanına verir, təkadamlıq kameraya salır, təhqir edirlər. Məlumatda zindan məsullarının fəala ailə üzvləri və vəkili ilə görüş icazəsi vermədiyi də vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar