SON XƏBƏRLƏR

Türk dövlətlərinin alim, yazıçı və tərcüməçiləri İstanbula toplaşır

2021.10.20, 07:36
Türk dövlətlərinin alim, yazıçı və tərcüməçiləri İstanbula toplaşır

Gunaz.tv
Türk dövlətlərinin alim, yazıçı və tərcüməçiləri İstanbula toplaşır Martın 31-dən aprelin 5-dək TÜRKSOY-un təşəbbüsü və təşkilatçılığıyla İstanbulun Maltəpə Universitetində “Türk ləhcələri arasında tərcümə çalışmalarının durumu və problemlər” mövzusunda simpozium keçirəcək. tədbirdə təşkilata üzv ölkələrin hər birindən 5 alim və tərcüməçi iştirak edəcək. Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Tatarıstan, Krım və Türkiyədən 30 alimin məruzələr oxuyacağı simpoziuma Bakıdan Yazıçılar Birliyinin sədri Anar, professor Kamil Vəli Nərimanoğlu, yazıçı Fəxri Uğurlu, tərcüməçi Ramiz Əsgər və başqaları qatılacaq. Mərhum şair Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmis simpoziumun açılış mərasimində Maltəpə Universitetinin rektoru Kemal Koymen, TÜRKSOY-un baş direktoru Dyusen Kaseinov, Türk Dil Qurumunun sədri Şükrü Haluk Akalın, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay çıxış edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar