SON XƏBƏRLƏR

İstanbulda Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunan elmi simpozium keçiriləcək

2021.10.20, 07:36
İstanbulda Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunan elmi simpozium keçiriləcək

Gunaz.tv
İstanbulda Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunan elmi simpozium keçiriləcək Konfransın ilk günündə mərhum şairimiz Bəxtiyar Vahabzadə anılacaq, onunla bağlı xatirələr söyləniləcək və görkəmli şairə həsr olunmuş film nümayiş etdiriləcək Martın 31-də İstanbulda "Türk dilləri arasındakı tərcümə işlərinin bugünkü durumu və rast gəlinən problemlər" mövzusunda elmi simpozium öz işinə başlayacaq. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirəsinə ithaf olunan tədbir TÜRKSOY, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Avrasiya Yazarlar Birliyi, TİKA, Maltepe və Qazi universitetlərinin təşkilati dəstəyilə keçirilir. Konfransın ilk günündə mərhum şairimiz Bəxtiyar Vahabzadə anılacaq, onunla bağlı xatirələr söyləniləcək və görkəmli şairə həsr olunmuş film nümayiş etdiriləcək. Simpoziumda Azərbaycanı yazar Kamil Vəli Nərimanoğlu və Bakı Slavyan Universitetinin əməkdaşı Nuridə Novruzova təmsil edəcəklər. Tədbirə aprelin 5-də yekun vurulacaq. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar