SON XƏBƏRLƏR

İSVECRƏDƏ GÜNEYLİ-QUZEYLİ AZƏRBAYCANLILAR BİRGƏ OLARAQ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLİB

2021.10.20, 07:36
İSVECRƏDƏ GÜNEYLİ-QUZEYLİ AZƏRBAYCANLILAR BİRGƏ OLARAQ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLİB

Gunaz.tv
İSVECRƏDƏ GÜNEYLİ-QUZEYLİ AZƏRBAYCANLILAR BİRGƏ OLARAQ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLİB DAK informasiya mərkəzinə DAK ın İsvecrə numayəndəliyindən daxil olan məlumata əsasən İsvecrənin Sürix şəhərində Novruz şənliyi keçirilib. “Süd Yolu“ Isveçrə Azərbaycanlılarının Mədəniyyət və İnteqrasiya Birliyi tərəfinfən təşkil olunmuş tədbir kütləviliyi ilə diqqət cəkib. Isveçrə Konfederasiyası nda yaşayan güneyli-qüzeyli Azərbaycanlıların qarşılıqlı əlaqələrinin dərinləşməsinin real nəticəsi kimi ortaya çıxmış Birliyin dəvəti ilə müxtəlif xalqların nümayəndələrinin tədbirdə xüsusi fəallıq göstərməsi, milli mətbəximizə,musiqi və rəqslərimizə heyranlıq nümayiş etdirmələri təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətinin təbliği ücün geniş imkanların mövcudluğunun təsdiqi kimi dəyərləndirilib. Arazın hər iki tərəfini təmsil edən xanımların rəhbərlik etdiyi Birlik qeyri-siyasi və qeyri-hökumət təşkilatı kimi ortaya çıxdığından kiçik zaman kəsiyində fərqli ictimai-siyasi düşüncəyə sahib olan soydaşlarımızı daha geniş çevrədə bir araya gətirə bilib.Təşkilatçılardan aldığımız məlumata görə,mərasimdə iştirak edən ən yaşlı şəxs 85 yaşlı Anna Göycaylı olub. Ikinci dünya müharibəsindən sonra İsvecrədə pənah gətirmiş həmyerlimizlə 54 illik ailə həyatı yaşamış A.Göycayli bu il bir daha Azərbaycanı ziyarət edəcəyini söyləyib. Hələ ötən əsrin 40-cı illlərində Novruz bayramının İsvecrədəki azsaylı azərbaycanlılar tərəfindən birgə kecirilməsindən danışıb. Maraqlıdır ki,tədbirdə ilk dəfə Novruz şənliyinə qatılan İsvecrə doğumlu körpələrimiz də olub. Milli haqlarımız uğrunda İrandakı molla rejiminə qarşı apardığı mübarizədə hər iki gözünü itirmiş Vəhid Davər Pənahın cixişı isə xüsusi coşqu ilə qarşılanıb.Yapon,fransı z,alman,ərəb,türk… əsilli İsvecrə vətəndaşlarının cıxişları və bir qayda olaraq çıxışdan dərhal sonra milli rəqslərimizin sədaları altında qol götürüb oynamaları da maraqla izlənilib. Tar,kaman və dəfdən ibarət trionun xalq mahnilarımızı ifa etməsi məclisə təravət verib. Yaşıl səmənin ətrafına düzülmüş çeşidli şirniyyatlar, xüsusən yumurta döyüşdürmək yarışları hamını öz ağuşuna alıb.Qonaqlardan birinin dediyi kimi bir neçə saatlığa İsvecrədə Azərbaycan ab-havası yaşanıb. Təşkilatçi xanimlar sonda bir daha vurğulayıblar ki,bundan sonra da bu kimi əlamətdar günlər, bayramlar və mədəni-kütləvi tədbirlər Isveçrə vətəndaşları ilə birgə keçiriləcək.- RƏHİM SULDUZLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar