SON XƏBƏRLƏR

RUSİYA İRAN MƏSƏLƏSİNDƏ ABŞ-la SÖVDƏLƏŞMƏYƏ GETMİR . Prezident Dmitri Medvedyev bu haqda yayılan xəbərləri təkzib etdi

2021.10.20, 07:36
RUSİYA İRAN MƏSƏLƏSİNDƏ ABŞ-la SÖVDƏLƏŞMƏYƏ GETMİR . Prezident Dmitri Medvedyev bu haqda yayılan xəbərləri təkzib etdi

Gunaz.tv
RUSİYA İRAN MƏSƏLƏSİNDƏ ABŞ-la SÖVDƏLƏŞMƏYƏ GETMİR Prezident Dmitri Medvedyev bu haqda yayılan xəbərləri təkzib etdi Rusiya prezidenti Dmitriy Medvedyev BBC-yə verdiyi müsahibədə, Amerika raket sipərinin yaradılmaması və İranın nüvə proqramının dayandırılmasına dair sövdələşmənin təklif olunduğu barədə xəbərləri təkzib edib. "Hər hansı sövdələşməni mümkün saymıram", deyən Rusiya lideri eyni zamanda bu məsələlərin Londonda, Amerika prezidenti Barak Obama ilə görüş zamanı müzakirə ediləcəyinə əminlik ifadə edib. "Zənnimcə, prezident Obama da bu fikirdədir". Medvedyev və Obama ilk dəfə aprelin əvvəllərində, Londonda, “böyük 20-lər”in zirvə görüşündə qarşılaşacaqlar. “İrana gəldikdə, bizim bu ölkə ilə dolğun münasibətlərimiz mövcuddur. Lakin bizim mövqe, BMT-nin məlum qətnamələri və BATENA-nın yanaşmaları üzərində formalaşıb - İranın nüvə proqramı dinc xarakterli olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar