SON XƏBƏRLƏR

RUSİYA ARKTİKADA HƏRBİ BAZA YERLƏŞDİRİR . Kanada və ABŞ bu plandan narahat olublar

2021.10.20, 07:36
RUSİYA ARKTİKADA HƏRBİ BAZA YERLƏŞDİRİR . Kanada və ABŞ bu plandan narahat olublar

Gunaz.tv
RUSİYA ARKTİKADA HƏRBİ BAZA YERLƏŞDİRİR Kanada və ABŞ bu plandan narahat olublar Rusiya Arktikada xüsusi hərbi qüvvə yaratmaq niyyətini açıqlayıb. Bu, 2020-ci ilə kimi Arktikanın Rusiyanın əsas resurs mənbəyi olması məqsədini güdən, geniş strateji planın bir hissəsidir. Rusiyanın şimal regionlarını inkişaf etdirmək ambisiyaları, Arktikaya ərazi iddiaları olan digər ölkələr arasında narahatlığa səbəb olub. Bildirilir ki, Rusiya Milli Təhlükəsizlik Şurasının veb-saytında dərc edilmiş sənədlərdə, Moskva Rusiyanın Arktik regionlarını mühafizə edəcək xüsusi hərbi qüvvənin yaradılması planını elan edib. Sənəddə o da göstərilir ki, 2020-ci ilə qədər Arktik region Rusiyanın aparıcı, strateji resurs bazasına çevriləcək. Digər sözlə, burada ölkənin neft və qaz hasilatının əsas hissəsi həyata keçiriləcək. Enerji şirkətləri ehtimal edirlər ki, iqlim dəyişikliyi, əvvəllər kəşfiyyat və qazma işlərinin qeyri-mümkün olduğu ərazilərdə bu işləri aparmaq imkanı yaradacaq. Prezident Medvedyev sentyabr ayında bu strategiyanın lehinə çıxış etmişdi. Amma bu dəstək yalnız indi rəsmi sənəd şəklində dərc olunur. Rusiyanın Arktik ambisiyaları artıq uzaq şimaldakı qonşular arasında narahatlıq yaradıb. 2007-ci ildə Rusiya ekspedisiyası şimal qütbünün altında, dənizin dibinə Rusiya bayrağını sancmışdı. Rusiya israr edir ki, bu ərazi Sibir şelfinin davamıdır. Lakin ABŞ, Kanada, Norveç və Danimarka da Arktik sahillər malikdirlər və öz maraqlarını qorumaq niyyətində olduqlarını bildirirlər. Rusiyanın Arktikada xüsusi hərbi qüvvələr yerləşdirmək planına reaksiya verən Kanada hökumətinin rəsmisi bəyan edib ki, onlar hədə-qorxu siyasətinə boyun əymək niyyətində deyillər. Kanada XİN-nin rəsmisi Lourens Kennon bəyan edib ki, rəsmi Ottava Arktika məsələsində mövqeyini Rusiyanın xarici işlər naziri Sergey Lavrova çatdıracaq. Kennon Arktika üzərində Kanadanın suverenliyinin prioritet məsələ olduğunu, ancaq buzlu qitədə ətraf mühitin mühafizəsi məsələlərində başqa ölkələrlə əməkdaşlıq etməyə hazır olduqlarını da deyib: "Biz Rusiyanın planlarından narahatıq. Kanada hədə-qorxu siyasəti qarşısında geri çəkilməyəcək və konstruktiv, ancaq kifayət qədər qətiyyətli hərəkət edəcək" deyə Kennon bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar