SON XƏBƏRLƏR

ERMƏNİLƏRƏ SOYQIRIM TƏZMİNATI

2021.10.20, 07:36
ERMƏNİLƏRƏ SOYQIRIM TƏZMİNATI

Gunaz.tv
ERMƏNİLƏRƏ SOYQIRIM TƏZMİNATI Türkiyə TV-ləri HSBC Bankı və “British Airways”ın reklamlarını yayınlamaqdadır; onlarsa Türkiyəni diz çökdürmək niyyətində “AXA Sığorta” ermənilərə soyqırım təzminatı ödəməyi vəd edir. Sözdə “erməni soyqırımı” ilə bağlı dünyanın bir çox yerində tədbirlər keçirən bu sığorta qurumunun ana sponsoru HSBC və “British Airways” şirkətləridir. Üç aydan artıqdır ki, Türkiyənin internet şəbəkəsində bu erməni himayədarlarının boykot edilməsi ilə bağlı kampaniya sürdürülür. Bu barədə hələ keçən ilin dekabrında ilk məlumatlar yayınlanmışdı. Yayımlanan məlumatlarda yalnız sığorta şirkətinin adı açıqlanırdı. Bu günlərdə isə erməni saytlarına istinad edən mediada “AXA Sığorta” şirkətinin sponsorlarının Böyük Britaniyaya məxsus HSBC Bankı və “British Airways” aviaşirkətinin olduğu açıqlanıb. Ege Universiteti xəstəxanasının bütün doktorları HSBC kredit kartlarını və hesablarını qapatdırdıqdan sonra adıkeçən bank rəhbərliyi ciddi narahatlıq duymağa başlayıb. Rəhbərlik türklərin kütləvi təpkisini görüncə bir sürü üzür faksı və yazılarla durumu düzəltməyə çalışıb. Ancaq bunlar işə yaramayıb. Türkiyənin millətsevərləri bu qurumları boykot etməklə bağlı internetlə kampaniya sürdürməyə başlayıb. Hər kəsi adıçəkilən bankla ilişkiləri üzməyə dəvət edən kampaniya iştirakçıları bir növ elektronik müharibəyə qatılmış kimidir. Dünya “hörümçək toru”nu dolaşan məktublarda türk millətsevərləri kartlarını qapatmağa çağırdıqları türklərə səbəbi də olduğu kimi açıq göstərməyi tövsiyə edirlər: “Bizimlə yaxşı dolanmaq istəyirlərsə, bir tərcih (seçim) yapsınlar - ermənilərmi, türklərmi?” Məktublarda o da bildirilir ki, PKK-nın mina təminatını həyata keçirən qurumla “Fortis Bank” yaxın şirkətlərdir. Qazi Universiteti əczaçılıq fakültəsinin dosenti, doktor İlkay Orxan Londonda qarşılaşdığı imzatoplama kampaniyasında təşkilatçının Türkiyədə də fəaliyyət göstərən “7 eleven” firması olduğunu görüb. Türkiyəyə dönəndən sonra firmanın mağazalar şəbəkəsi ilə maraqlandıqda isə olaya bir az da təəccüblənib. Heç demə, firmanın reklam rəngi üçrəngli PKK bayrağının eynisi imiş. Londondakı imzatoplama kampaniyasının məqsədi də terrorçubaşı Öcalanın azad edilməsinə yönəlikmiş. İ.Orxan bu olaylardan təsirlənərək internetdə türklərə çağırıda bulunub və onun müraciəti hər gün yüzlərcə insana çatdırılır. Bir millətsevər ziyalı belə kampaniyanı sürdürməkdə ikən Türkiyə telekanallarının bir çoxu isə erməni sponsorluğu edən HSBC Bankının reklamını yayır. Ümid edək ki, millətsevər türklər parasevər teleşirkətlərdən fərqli olaraq “British Airways” şirkətinin xidmətlərindən imtina etməkdə bərabərlik nümayiş etdirəcək. Əks halda “AXA Sığorta” ermənilərə vəd etdiyi soyqırım təzminatını türklərdən qopardığı pullar hesabına ödəmiş olacaq. Bütün bunlar gerçək ingilis siyasətinin təbii üzüdür. Şəhla ƏBUSƏTTƏR, İstanbul

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar