SON XƏBƏRLƏR

Qurd kimi yaşadı, qurd kimi öldü . Başın sağ olsun Türk milləti

2021.10.20, 07:36
Qurd kimi yaşadı, qurd kimi öldü . Başın sağ olsun Türk milləti

Gunaz.tv
Qurd kimi yaşadı, qurd kimi öldü Başın sağ olsun Türk milləti Anadoludan qopan bir xəbər bütün Türk Dünyasını sarsıtdı. Böyük dava adamı, Türk millətinin şərəfli oğlu Böyük Birlik Partiyasının başkanı, Türkiyə Böyük Millət Məclisinin üzvü Muhsin Yazıçıoğlunu itirdik. Həyatı fırtınalarda keşmiş Muhsin bəyin ölümü də bənzərsiz oldu. Deyirlər yalquzaq – Bozqurd ölümünün yaxınlaşdığını biləndə ən uca dağın ən uca qayalığına qalxır. Orada uzun bir ulartı hayqırır. Və özünü yüksəklikdən atıb şəhid olur. Muhsin bəy ölümü ilə bir Bozqurd taleyi yaşadı. Qarlı-çovğunlu bir gündə həyatını uca dağlarda itirdi. Başın sağ olsun Türk milləti! İtkimiz böyükdür. Fəqət bir təsəllimiz ola bilər. Muhsin bəyin getdiyi Yolu davam etdirmək və hədəfinə çatdırmaq. Tanrı ruhunu şad etsin! “Türküstan” qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar