SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ KEÇİRİLİR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ KEÇİRİLİR

Gunaz.tv
TÜRKİYƏDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ KEÇİRİLİR Bəzi bölgələrində səsvermə bir saat əvvəl başlayıb SƏSVERMƏ HÜQUQUNA MALİK OLAN 48 MİLYON 665 MİN SEÇİCİNIN YERLİ İDARƏETMƏ ORQANI TƏMSİLÇİSİNİN MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜN MƏNTƏQƏLƏRƏ GEDƏCƏYI GÖZLƏNILIR Yay vaxtına keçidlə əlaqədar Türkiyənin bəzi bölgələrində səsvermə bir saat əvvəl başlayıb. Türkiyə Ali Seçki Qurumu səsvermənin bir saat əvvəl başlayacağı 32 vilayətin adını ötən gün açıqlayıb. Ümumilikdə bələdiyyə seçkiləri ilə əlaqədar ölkə üzrə 177 min 50 məntəqə yaradılıb. Türkiyə vətəndaşları 16 böyükşəhər bələdiyyə başqanını, 65 vilayət bələdiyyə başqanını, 892 bölgə bələdiyyə başqanını, 1974 kiçik bələdiyyələr üzrə rəhbəri, 52765 məhəllə və kənd muxtarını, 3284 Bələdiyyə Şurası üzvünü, 33 min 868 Bələdiyyə Məclisi üzvünü seçəcəklər. Bələdiyyə seçkilərində əsas diqqət ölkə əhalisinin 60 faizdən çoxunun yaşadığı böyük şəhərlərdə səsvermənin nəticələrinə yönəlib. Paytaxt Ankarada bələdiyyə başqanı seçilmək uğrunda əsas mübarizə ədalət və inkişaf partiyasından olan Məlik Gökçək , Milli hərəkət partiyasından Mansur Yavaş və cümhuriyyət xalq paityasından Murat Karayalçın arasında gedir. İstanbulda isə bələdiyyə başqanı seçilmək üçün əsas namizədlər İstanbul Böyükşəhər bələdiyyəsinin indiki rəhbəri Kadir Topbaş və Kamal Kılıcdaroğlu sayılır. Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində bələdiyyə seçkilərinin nəticələri də maraqla izlənir. İğdırda seçkilərdə əsas rəqabət hazırkı bələdiyyə başqanı Nurəddin Aras, MHP namizədi Əkbər Yeşil və DTP namizədi Nuri Günəş arasında gedir. Qarsda isə bələdiyyə seçkilərində qalib gəlməyə ən şanslı namizədlər hazırkı bələdiyyə başqanı Naif Əlibəyoğlu və MHP namizədi Səttar Kayadır. Bələdiyyə seçkiləri Bakı vaxtı ilə 19.00-da başa çatacaq və iki saat sonra Ali Seçki Qurumu ilkin nəticələri açıqlamağa başlayacaq. / İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar