SON XƏBƏRLƏR

ABBAS LİSANİNİ YENİDƏN HƏBS ETMƏK İSTƏYİRLƏR

2021.10.20, 07:36
ABBAS LİSANİNİ YENİDƏN HƏBS ETMƏK İSTƏYİRLƏR

Gunaz.tv
ABBAS LİSANİNİ YENİDƏN HƏBS ETMƏK İSTƏYİRLƏR Fars şovinizmi Güneydə “Çənlibel” adına qadağa qoyub Milli hərəkatçı Abbas Lisani həbsdən çıxandan sonra da ona qarşı təzyiqlər davam edir. Bugünlərdə Ərdəbil əyalətinin “Təmin Şurası” (qeydiyyat idarəsi) A.Lisaninin iş yeri ilə bağlı qərar qəbul edib. Qərara əsasən, ərdəbilli fəal ailəsinin yeganə dolanışıq mənbəyi olan mağazasını ya bağlamalı, ya da azərbaycanca olan adını dəyişdirməlidir. “Amerikanın səsi” radiosu xəbər verir ki, “Çənlibel” adlanan iş yerinin adını təcili dəyişdirməsi barədə Lisaniyə iki gün öncə açıq xəbərdarlıq edilib. Lisani isə hökumət orqanlarının təzyiqlərinə müqavimət göstərəcəyini və hər hansı fars adlardan istifadə etməyəcəyini bildirib. Qeyd edək ki, bir müddət öncə Ərdəbilin İslam İnqilabı Məhkəməsi 5 azərbaycanlı fəalı “Çənlibel” adlı qanunsuz təşkilata üzvlükdə ittiham edərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmənin iddiasına görə, həmin təşkilata Lisani şəxsən başçılıq edib. Həbs edilən hərəkatçılar isə iddiaların əsassız olduğunu vurğulayır və ümumiyyətlə, “Çənlibel” adlı hər hansı bir təşkilatın mövcud olmadığını bildirirlər. Abbas Lisani azərbaycanlıların milli-mədəni hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərinə görə ETTELAAT tərəfindən bir neçə dəfə həbs olunub. O, yaşadığı yurdundan minlərlə kilometr uzaqda, İranın mərkəzində yerləşən Yəzd şəhər həbsxanasında 30 aylıq həbs cəzasını yenicə başa vurub. Son zamanlar İran Azərbaycanının müxtəlif şəhərlərində xüsusilə Təbriz, Urmiyə, Zəncan və Ərdəbildə Azərbaycanca adlara və reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirmək və ya bağlanmaq təhlükəsi ilə üzləşib. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar