SON XƏBƏRLƏR

Eldar Sabiroğlu: "Azərbaycan Ordusu ən ekstremal vəziyyətə hazırdır"

2021.10.20, 07:36
Eldar Sabiroğlu: "Azərbaycan Ordusu ən ekstremal vəziyyətə hazırdır"

Gunaz.tv
Eldar Sabiroğlu: "Azərbaycan Ordusu ən ekstremal vəziyyətə hazırdır" Müdafiə Nazirliyinin rəsmisi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə keçirdikləri təlimlərə münasibət bildirərkən belə deyib «Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində təlim keçirməsi birinci dəfə deyil. Ermənilər bununla nəyi isə sübut etməyə çalışırlarsa, çox böyük səhvə yol verirlər». Bu sözləri ANS PRESS-ə Ermənistan silahlı qüvvələrinin son günlərdə Ağdamın işğal olunmuş Uzundərə adlanan hissəsində keçirdikləri təlimlərə münasibət bildirən Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, bu gün hansı tərəfin daha geniş hərbi imkanlara malik olduğu Ermənistanın özünə çox yaşı məlumdur və bu bir sıra beynəlxalq rəylərdə də öz təsdiqini tapıb. "Ona görə də, Azərbaycan Ordusu ən ekstremal vəziyyətə hazırdır. Bu cür təlimləri tez-tez keçirməklə, ölkəmizə təsir etmək mükün deyil. Bu olsa-olsa Ermənistanın bir daha işğalçı dövlət olduğunu dünyaya çatdırmış olur". E.Sabiroğlu belə hərəkətlərin digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə nizamlanmasının qarşısını kəsə biləcəyinidə bildirib. "Ermənilər bunu bir dəfəlik dərk etməlidirlər. Uğursuz hərbi təlimlərin nəticəsi göz qabağındadır. Təlim zamanı 4 erməni əsgərinin ölümü Ermənistan ordusunun necə hazırlıqlı olduğunu göstərən əsas amil kimi diqqəti cəlb edir". Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində martın 26 və 27-də hərbi təlimlər keçiriblər. Təlimlərdə top, tank və "Qrad" qurğularından müxtəlif hədəflərə doğru atəş açılıb. Tərtər, Bərdə, Ağcabədinin təlim keçirilən əraziyə yaxın yerləşən kəndlərində atəş səsləri aydın eşidilib. Bundan əlavə, bu gün Ermənistan ordusunun işğalı altında olan Azərbaycanın Ağdam rayonunun Suma Güllücə və İlxıçılar kəndləri istiqamətində güclü yanğın müşahidə olunub. Qalın tüstünü cəbhə xəttinin qarşı tərəfindən və qonşu rayonların ərazisindən də görmək mümkün olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar