SON XƏBƏRLƏR

PKK terror təşkilatının Avropa təmsilçisi həbs olunub

2021.10.20, 07:36
PKK terror təşkilatının Avropa təmsilçisi həbs olunub

Gunaz.tv
PKK terror təşkilatının Avropa təmsilçisi həbs olunub Rəmzi Qartal Madriddə Novruz bayramı şənliklərində ələ keçirilib PKK terror təşkilatının Avropa təmsilçisi Rəmzi Qartal İspaniyanın paytaxtı Madriddə ələ keçirilib. Terror cinayətlərinə görə 2006-cı ildən barəsində həbs-qətimkan əmri olan Qartalın Madridin cənubunda bir əyləncə mərkəzində şəhər polisi tərəfindən saxlanıldığı bildirlir. Polis rəsmilərinin verdiyi məlumata görə Rəmzi Qartal Madrid şəhərinə Novruz bayramını qeyd etmək üçün gəlibmiş. PKK-nın siyasi cinahı olan və siyasi faliyyəti dayandırılan Demokratik Partiyanın (DEP) sabiq millət vəkili olan Rəmzi Qartalın həbs olunması barədə rəsmi sənəd Türkiyənin Madrid səfirliyinə çatdırılmayıb. Bu sənədin səfirliyə çatdırılmasından sonra məhkumun qaytarılması üçün Türkiyə rəsmi addım atacaq. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar