SON XƏBƏRLƏR

BÜ GÜN AZƏRBAYCAN MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARININ YARADILMASININ 90-Cİ İLDÖNÜMÜDÜR

2021.10.20, 07:36
BÜ GÜN AZƏRBAYCAN MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARININ YARADILMASININ 90-Cİ İLDÖNÜMÜDÜR

Gunaz.tv
BÜ GÜN AZƏRBAYCAN MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARININ YARADILMASININ 90-Cİ İLDÖNÜMÜDÜR Bü gün Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 90-ci ildönümüdür.Azərbaycan təhlükəsizlik orqanlarının tarixini 3 dövrə bölmək olar. Azərbaycan Demokratik Cümhuriyyəti, SSRİ və müstəqil Azərbaycan republikası dövrləri . 1919-cu il martın 28-də müdafiə naziri, artileriya generalı Səmədbəy Mehmandarovun və baş qərargah rəisi, general-leytenant Məmmədbəy Sulkeviçin əmri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Bu bölmə demorkratik respublikanın təhlükəsizliyinin təmin edilməsi missiyasını öhdəsindən bacarıqla gəlib. Lakin 1920-ci ilin 28 aprelində Sovet Ordusunun Azərbaycana hərbi müdaxiləsi nəticəsində Azərbaycan milli kəşfiyyat və əks-kəşfiyyat sistemini də təkmilləşdirmək səyləri yarımçıq qalıb. Bu günkü Milli Təhlükəsizlik Nazirliyi həmin xüsusi xidmət orqanının varisi sayılır. Nazirlik bu gün ölkənin suverenliyi, müstəqilliyin qorunması, korrupsiya, terrorizm, narkotik maddələrin, mütəşəkkil transmilli cinayətkarlığın qarşısının alınmasında uğurlu nailiyyətlər əldə edib. Son 5 ildə keçirilmiş tədbirlər nəticəsində «Əl-Qaidə», «Əl-Cihad» kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin terrorçu və dini radikal-ekstremist 9 təhlükəli silahlı dəstə zərərsizləşdirilib. 60 nəfərdən çox şəxs dövlətə xəyanət və casusluq etdiklərinə, 10 nəfər dövlətə xəyanət etmiş şəxslərlə bu və ya digər formada əlaqəli olduqlarına, 50-dən artıq şəxs isə digər qanunsuz hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Son 5 ildə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 2 tondan artıq ağır tərkibli müxtəlif növ narkotik maddələr aşkar edilərək, qanunsuz dövriyyədən çıxarılıb. Nazirlik 50-dən artıq ölkənin xüsusi xidmət orqanı və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın fiziki və mənəvi işgəncələrdən xilas edilməsi də dövlətin ümdə vəzifələrindən sayılır. Bu məqsədlə 1993-cü ildə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının yaradılması da məhz buna xidmət edir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası da xüsusi xidmət əməkdaşlarının yetişdirilməsində öz rolunu oynayır. Artıq bu akademiyada Azərbaycanın öz xüsusi xidmət məktəbi formalaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar