SON XƏBƏRLƏR

İkinci “Ergenekon” ittihamnaməsində Azərbaycan izi

2021.10.20, 07:36
İkinci “Ergenekon” ittihamnaməsində Azərbaycan izi

Gunaz.tv
İkinci “Ergenekon” ittihamnaməsində Azərbaycan izi 13:26 28-03-2009 Türkiyədə artıq məhkəmə tərəfindən qəbul edilmiş ikinci “Ergenekon” ittihamnaməsində Azərbaycanla bağlı izlər də var. Lent.az-ın xəbərinə görə, ittihamnamədə adı şübhəli kimi göstərilən Emcet Olcaytunun ünvanları qeyd etdiyi 2 səhifəlik kağızda Azərbaycana və bu ölkədəki siyasi partiyalardan birinə aid məlumatlar da var. Siyasi partiyanın adı çəkilməyib. Qeyd edək ki, Emcet Olcaytu keçən il sentyabrın 23-də həbs edilib. O, silahlı terror təşkilatına üzv olmaq, özəl həyatın gizliliyini pozmaq və “Hüquqa zidd olaraq şəxsi məlumatları toplamaq”da ittiham edilir. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar