SON XƏBƏRLƏR

Ərdoğan Obamayla Qarabağdan danışacaq

2021.10.20, 07:36
Ərdoğan Obamayla Qarabağdan danışacaq

Gunaz.tv
ABŞ prezidentinin Türkiyə səfərinin əsas müzakirə mövzularından biri Ermənistan-Azərbaycan münasibətləri olacaq QayNar: ABŞ prezidenti Barak Obamanın Türkiyə səfərində əsas müzakirə mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olacaq. Qaynar.info-nun verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan martın 26-da yerli "Show TV" kanalında qatıldığı prqoramda deyib. Ərdoğan Obamanın ölkəsinə gözlənilən rəsmi ziyarətində eyni zamanda qondarma erməni soyqırımı iddialarını, Türkiyənin Orta Şərqdəki siyasi çəkisini, Amerika ordusunun İraqdan çıxarılmasını, PKK problemini, terrorla birgə mübarizə imkanlarını, bütövlükdə isə iki ölkə arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi yollarını müzakirə edəcəklərini bildirib. Baş nazir Obamayla Qafqaz regionundakı durumu da masaya yatıracaqlarını, bu xusuda daha çox Rusiya-Gürcüstan və Ermənistan-Azərbaycan münasibətlərini diqqətdən keçirəcəklərini deyərək, əlavə edib ki, hər iki problemin həllində Türkiyə və ABŞ-ın birgə səylərinin əhəmiyyətli rolu ola bilər. Xatırladaq ki, bir müddət öncə ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə səfər edib və səfər zamanı yaxın aylarda ABŞ prezidenti Barak Obamanın da Türkiyəni rəsmi ziyarət edəcəyi açıqlanıb. / Azər İldırım, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar