SON XƏBƏRLƏR

Ermənistan və İran Araz çayında hidroelektrik stansiyalar inşa edəcəklər

2021.10.20, 07:36
Ermənistan və İran Araz çayında hidroelektrik stansiyalar inşa edəcəklər

Gunaz.tv
İrəvan – APA. Ermənistan və İran Araz çayında Cənubi Qafqazın ən güclü hidroelektrik stansiyalarını inşa edəcəklər. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin müavini Ara Simonyan parlamentdə çıxışında deyib. O, Ermənistan tərəfdəki hidroelektrik stansiyanın Mehridə inşa ediləcəyini bildirib. Nazir müavini stansiyanın il ərzində 800 milyon kilovatt/saat elektrik enerjisi istehsal edəcəyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar